Nəfs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nəfs
is. [ər.]
1. Ehtiras, şiddətli istək, arzu, meyil. ..Mənim belə yadıma gəlir ki, [türk padşahlarının] arzu və məşğələləri övrətbazlıq, millətin səadətini öz nəfslərinə qurban eləmək idi. C.Məmmədquluzadə. Onda Mahmudun ağlı və ixtiyarı oyanardı, korgözlü nəfsin arxasınca getməzdi. Çəmənzəminli.
2. Tamah, tamahkarlıq.
3. Tamah, daxili ehtiyac, arzu (adətən mənfi mənada). • Nəfsini öldürmək – istədiyini eləməmək, tamahını kəsmək. [Həmzə:] Bu .. qutulardan bir-ikicəsini verib, onun hələlik nəfsini öldürə bilərik. Ə.Əbülhəsən.
4. İnsanda şəhvani hisslərə və yeyib-içmək kimi ehtiyaclara olan meyil. Nəfsini saxlamaq. Nəfsinə məğlub olmaq. – Molla qazı Teymur üçün aparanda nəfsini saxlaya bilməyib, bir budunu özü yeyir. “M.N.lətif.”
5. köhn. “Adam”, “insan” mənasında. [Abbas bəy:] Qoy bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə! Ə.Haqverdiyev. ‣ Nəfsi iti – 1) son dərəcə tamahkar. [Atlılar] Əlyar xanın xasiyyətinə bələd idilər, xan nəfsi iti bir adam kimi bütün mahalda məşhur idi. Ə.Məmmədxanlı; 2) ehtiraslı.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
nəfs
nefis