Nazik
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
nazik
с. 1) әдәпле, тәрбияле, нәзакәтле; 2) нәзек, нечкә, нәфис; 3) четрекле
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
nazik
Türkiye Türkçesi: nazik
Azerbaycan Türkçesi: ädäbli
Başkurt Türkçesi: näⱬäkätli ädäpli ipli
Kazak Türkçesi: ädepti körgendi sıpayı
Kırgız Türkçesi: sılık sıpã
Özbek Türkçesi: nàzik ⱨuşmuàmälä
Tatar Türkçesi: kiçilikli näzakätli ädäpli
Türkmen Türkçesi: sıpãyı salīkatlı
Uygur Türkçesi: nazuk sipagär
Rusça: vejlivıy delikatnıy taktıçnıy
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
nazik
sif. [fars.]
1. Qalın, yoğun olmayan; incə. Nazik kitab. Nazik təbəqə. – Maya nazik göy adyala bürünərək yuxulayırdı. M.İbrahimov.
2. Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan. Nazik şüşə. Nazik parça. – Bibixanım .. nazik stəkanda kişiyə çay süzdü. B.Bayramov. // En etibarilə, həcmcə kiçik olan, kiçik dairəli (yoğun müqabili). Nazik məftil. Nazik sap. – Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanuslar asılmışdı.. M.S.Ordubadi. ..Külək ağacların ancaq nazik budaqlarını tərpədirdi. H.Seyidbəyli. // Yüngül (qalın müqabili). Nazik pencək. Nazik paltar. – Firəngizin əynində nazik kofta vardı. B.Bayramov.
3. məc. İncə, zərif, qəşəng, gözəl. Nazik bilək. Nazik barmaq. – Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Cismin nə nazikdir gül bədən kimi; Bir xoş qoxun gəlir yasəmən kimi. M.P.Vaqif. // məc. Zəif, yüngül. Gün yavaşyavaş batmaqda idi, nazik yel əsirdi. N.Nərimanov.
4. Arıq, cansız, cılız, zəif. Qazızadədən sonra ucaboylu, qara, qıvrımsaçlı, nazik və arğazvücudlu Ənvər Rəşidli xitabət kürsüsünə yaxınlaşdı. S.Rəhimov.
5. məc. İncətəbiətli, ədəbli, nəzakətli, incə. [Dəli Teymur:] Hacı ağanın qarnının böyüklüyünə baxma, mirzə! Təbiətcə nazik adamdır. H.Nəzərli. [Doktor] şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Çəmənzəminli.
6. məc. İncə. [Qız:] Dik-dik gözlərimin içinə baxaraq əvvəlkindən daha oğrun və nazik təbəssümlə dedi.. H.Nəzərli. Gəldiyev ilə [Vahidin] arasında keçən ildən bəri davam edən nazik bir mətləbi oxucular bilməlidirlər. Mir Cəlal. [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən özü-özünə acıqlandı. B.Talıblı. ‣ Nazik damarını bilmək (tanımaq) – birinin xasiyyətinə, zəif cəhətinə incədənincəyə bələd olmaq, yaxşı bilmək. Gülsəhər ərinin nazik damarını bilirdi. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
nazik
I. incə, zərif
{ince, zarif}
II. yuxa, yumşaq
{yufka, yumuşak}
III. həssas, məlahətli, lətif
{hassas, zarif, latif}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
nazik
yufka
Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)
nazik
ince, zayıf. ~ adam: zayıf adam, ~ bel kız: ince belli kız, ~ avaz: ince ses, ol bek ~di: o çok zayıf.
Last searches:
- bitir,
- arnal,
- xotunluq,
- comfort,
- bicək,
- ardaklanmak,
- şık,
- müqayisəli,
- atım,
- etnoqrafik,
- robaro,
- HE,
- hurafe,
- summons,
- SU,
- atıv,
- kefsizləndirmək,
- dupe,
- garadaban,
- concordance,
- narsa,
- Nazik