turklehceleri.org

Naz

Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)

naz

[Köken: Farsça] Erseklik, Erkelik, Kılık, Güvez

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

naz

и. 1) иркәлек, иркәләнү, кылану, көязлек; 2) назлану, каприз

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

naz

Türkiye Türkçesi: naz
Azerbaycan Türkçesi: naz
Başkurt Türkçesi: irsäklik kılansıklık
Kazak Türkçesi: kılımsuv nazdanuvşılık
Kırgız Türkçesi: naz nazdık
Özbek Türkçesi: nàz nàz-käräşmä
Tatar Türkçesi: köyäzlik kılançıklık
Türkmen Türkçesi: nǟz nǟz-kereşme
Uygur Türkçesi: naz
Rusça: koketsvo jemanstvo

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

naz

is. [fars.]
1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə. Belə işvə, belə qəmzə, belə naz; Belə qamət, belə gərdən olurmu? Q.Zakir. [Mirqasım:] Matanda naz və şivə əsla yox idi. Çəmənzəminli. • Naz eləmək (qılmaq, satmaq, göstərmək) – nazlanmaq, əzilib-büzülmək, naz və işvə etmək. Bir belə cavanın ağlı kəm olsa; Baxasan ki, sevgisinə naz eylər. M.P.Vaqif. Hərçənd xublərdə bu adətdi, naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. Mir Cəlal.
2. bax. naz-nemət. [Nəsir] istəyəcəkdi ki, qardaşı kimi naz və nemət içində yaşasın. S.Hüseyn. Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. Ə.Vəliyev.
3. məc. Nazənin, nazlı qız mənasında. Qızdı, nazdı, min tümən azdı. (Məsəl). [Nigar xanım:] Düşər daşın, qalar leşin; Dağlar, üç nazı neylədiz?! “Koroğlu”.
4. Özünü bəyənməyən kimi göstərmə, bir şeyi qəbul etmək üçün özünə yalvarmağa, xahiş etməyə məcbur etmə (adətən “eləmək” feli ilə). Naz eləyir, alacaq. – [Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov.
5. Şıltaq, ərköyünlük. • ...nazı ilə oynamaq – ...dediyini eləmək, ...istəyinə əməl etməyə, hər tələbini, şıltağını yerinə yetirməyə çalışmaq. Uşağın nazı ilə oynamaq. – [Səlimə:] Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. Ə.Haqverdiyev. [Vahidov:] Şöhrət də övlad kimidir, Fizzə, olmayanda qüssəsini çəkirsən, olanda gərək nazıyla oynayasan. Ə.Məmmədxanlı. Nazını çəkmək – çox əzizləmək, hər əziyyətinə dözmək, hər istəyinə əməl etmək. Gözün gər içsə qanım nazını çəkmək münasibdir. S.Ə.Şirvani. [Atabala Arazın] hər nazını çəkir, hər şıltağına dözür. A.Şaiq.
6. Nazla şəklində zərf – əzilə-əzilə, naz eləyərək, naz və qəmzə ilə, nazlı-nazlı. Nazla danışmaq. Nazla yerimək. – Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. ‣ Özünü naza qoymaq – əzilib-büzülmək, əda göstərmək, naz eləmək. Qızlar Güldanədən oxumasını xahiş etdilər. O, əvvəlcə özünü naza qoydu, razı olmadı. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

naz

I. şivə, qəmzə, əda
{işve, süzgün bakış, eda}

II. şıltaq, tərslik
{şımarıklık, aksilik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

naz

naz

Kyrgyz—Turkish Dictionary

naz

f. kırıtma, naz; kızı bardın nazı bar ats. : kızı olanın nazı da vardır.

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

naz

f. Naz. Naz qilmaq – Naz yapmak, nazlanmak.

Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)

naz

(bot.) laden, ladin (ağacı). Kızıl ~: posuk ağacı.


Last searches: