turklehceleri.org

Mərəz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

mərəz

is. [ər.]
1. Xəstəlik, naxoşluq, azar. Hər mərəz çarəsini eyləmək asandır, təbib! Mərəzi-eşqə nə tədbir, nə dərmanın var? M.Ə.Sabir. [Gülbadamın] uşaqlıqdan çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi. N.Nərimanov.
2. məc. “Adət, vərdiş” mənasında. Deyinmək onun mərəzidir. – Mətləb Mozalan kəndinin sümüyündə olan bu mərəz üstündədir. S.Rəhimov. Bağır Cabbarzadə ilə zarafat eləmək bir mərəz idi və bu mərəz Cəfərə də sirayət eləmişdi. S.Rəhman.
3. Altıaylıq tazı. Tazı altı ayda mərəz olardı, yəni tazılıq həddinə çatardı. H.Sarabski.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

mərəz

xəstəlik, azar, naxoşluq
{hastalık, maraz, rahatsızlık}


Last searches: