Mən
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mən
I. Danışan adamı bildirən birinci şəxs əvəzliyinin təki. Mən sonra gələrəm. Mən deyən oldu. – Ah, mən gündən-günə bu gözəlləşən; İşıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. ‣ Mən ölüm dan. – xahiş və ya yalvarış məqamında işlədilir. Sizə bu təziyədən özgə həvəslərdi murad; Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! S.Ə.Şirvani.
II. is. [ər.] köhn. Qadağan, yasaq; buraxmama, qoymama, yol verməmə. • Mən etmək – qadağan etmək, qoymamaq, yol verməmək, icazə verməmək, daşındırmaq. Sahibi-xanə qardaşının sözlərini eşidib, onu bu xatalı səfərdən mən edir. F.Köçərli. [Mirzə Cəfərxan:] Söhbət axır bu yerə yetdi ki, Əlixan Əfşar bizim hər bir təklifimizi mən etdi. Ə.Haqverdiyev. Mən olmaq – qadağan edilmək, icazə verilməmək, qoyulmamaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mən
ben