Məişət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məişət
is. [ər.]
1. Ümumi yaşayış tərzi; yaşayış, yaşama, həyat. Kino məişətimizə möhkəm surətdə daxil olmuşdur. Yeni məişət uğrunda mübarizə. – [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. [Dərviş:] Dayı, bir az da qal, şəhər məişətinə isinişərsən. A.Divanbəyoğlu.
2. Dolanacaq, güzəran, zindəganlıq. Biz gərək səy edək məişət üçün; Sənətü kəsb üçün, ziraət üçün. S.Ə.Şirvani. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Ə.Haqverdiyev. • Məişət keçirmək – güzəran keçirmək, həyat sürmək, dolanmaq. ..Bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
məişət
yaşayış, dolanış, həyat
{yaşam, ömür, hayat}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məişət
maişet