Məhəllə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
məhəllə
is. [ər.]
1. Bir şəhər və ya qəsəbənin bölündüyü hissələrdən hər biri. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib, [pirə] gedəcək idilər. N.Nərimanov. Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi. Ə.Haqverdiyev. Nəcibə bizim məhəllədə gözədəyən qızlardan biridir. Mir Cəlal.
2. Şəhərin, iri binalar olan, kəsişən yollar və ya meydanlar arasında yerləşən hissəsi; kvartal. Nərimanov prospektinin 513-cü məhəlləsi. • Məhəllə komitəsi – bir məhəllədə yaşayan əhali tərəfindən seçilən, təmizlik, mənzil, nizam-intizam, qayda və b. işlərə baxan ictimai təşkilat. Məhəllə komitəsinin qərarı. Məhəllə komitəsinin üzvü.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
məhəllə
mahalle