Muncuq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
muncuq
is. Müxtəlif rəngli, yuvarlaq və ya başqa formalı şüşələrdən, plastik kütlədən və s.-dən qayrılıb sapa düzülən və bəzək kimi boyuna taxılan dənələrdən hər biri, habelə bu bəzəyin özü. Muncuğu sapa düzmək. Boynuna muncuq taxmaq. – Qonşu muncuğunu götürən gərək gorda taxsın. (Ata. sözü). Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş .. əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq. [Bülənd] ..Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopartdı. Ə.Əbülhəsən. • Muncuq kimi – bir biçimdə, bir boyda (adətən yumru şəkildə) olan şeylər haqqında. Üzündən muncuq kimi tər axır. // Müntəzəm sıra halında düzülmüş şeylər haqqında. Reyhan xanım daxil oldu, Rüxsarə xanımı görüncə muncuq kimi düzülmüş ağ dişləri göründü. T.Ş.Simurq. muncuq-muncuq sif. və zərf Gilə-gilə, dənə-dənə, yumru-yumru, muncuq kimi (axan tər haqqında). Muncuq-muncuq tər tökmək. – Bir az sonra görürəm bir ucaboylu oğlan; Yaxınlaşır, üzündən muncuq-muncuq axır tər. S.Rüstəm.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
muncuq
boncuk
Last searches:
- sadqa,
- doň,
- Moyka,
- talghash,
- Gaňňalamak,
- üşünmək,
- etnoqrafik,
- klrmek,
- minnetdarliq,
- karıncayiyen,
- aromatic,
- tapıs,
- hunlar,
- farklılaştırmak,
- sayramoq,
- Börü,
- Eshik,
- chor,
- melodik,
- yüğmek,
- Kılıç,
- Muncuq