Minmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
minmək
f.
1. At və ya başqa minik heyvanının üstünə qalxmaq, oturmaq. At minib cıdıra çıxmaq, tüfəng atmaq. [Kiçikbəyim] üçün təbii bir ehtiyac kimi idi. Çəmənzəminli. O yanaşdı dəvəyə; Ancaq minə bilmədi. B.Vahabzadə. // Bir yerə getmək üçün nəqliyyat vasitələrindən birinə oturmaq. Təyyarəyə minmək.
2. Oturmaq, əyləşmək. Tapdıq atasını görən kimi anasının belindən düşüb atasının qucağına mindi. Ə.Vəliyev. Əziz artıq pul sərf edib özgə maşınına xəlvət minməyi sevməzdi. S.Rəhman.
3. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dalına minmək, qiymətə minmək və s.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
minmək
oturmaq, əyləşmək
{oturmak, binmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
minmək
binmek