turklehceleri.org

Kəmfürsət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəmfürsət

sif. [fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam. – [Amaliya] Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfürsət ərəbin haqqında söyləməyə. F.Köçərli. Camaat arasında [Salmanın] nanəcib, kəmfürsət, bədxah olmasından gizlin-gizlin, yavaş-yavaş, lakin mütəmadiyən danışıq gedirdi. M.İbrahimov. // İs. mənasında. [Məlikə:] Biganə əgər olmasa, tez vəslə yetərdik; Kim xeyr görüb düşməni kəmfürsət olanda? Ə.Vahid.


Last searches: