turklehceleri.org

Kəhər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kəhər

sif. Açıq-şabalıdı rəng (at haqqında). Qurbanəli bəyin nökəri bir kəhər atın çilovundan yapışıb bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə. Kişnəyəcək qaşqa, kəhər atım mənim; Xallı toplan ayağına dolaşacaq; Kənd qızları təzə xəbər danışacaq. M.Araz. // İs. mənasında. Həmin rəngdə olan at. Kəhərə minmək. Kəhəri çapmaq. – Kəhərin sinə bəndi; Ovçunun binə bəndi; Mən dərddən qaçaq oldum; Dərd məndə binələndi. (Bayatı).


Last searches: