turklehceleri.org

Kütlə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

kütlə

is. [ər.] Mexanikanın əsas kəmiyyətlərindən biri – bir cisimdə olan maddənin miqdarını ölçən əsas kəmiyyət; cismin, ona təsir edən qüvvəyə nisbətlə inersiyalılığın ölçüsü.
2. tex. Formasız, xəmirvari qatı və ya yarımqatı maddə. Yapışqan kütləsi. Yaşılımtıl qatı kütlə. Ağac kütləsi (kağız hazırlamaq üçün yarımfabrikat). – Nəmli qatışığa .. şam yağı əlavə edib, kütlə hazırlayırlar. R.Əliyev.
3. Böyük parça, kom, yığın, qalaq. [Muzdur] ..kağız ..yüzlük dəstəsini kütləsilə əlinə aldı. S.Qənizadə. Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəkildə tapılır. M.Qaşqay.
4. Əhalinin, xalqın böyük bir topluluğu; əhalinin, zəhmətkeşlərin geniş dairələri; camaat. Kütlənin tələbi (iradəsi). – [Almaz:] Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. C.Cabbarlı. Ey geniş kütlənin acısı, şərbəti; Alovlu sənəti! M.Müşfiq. Kütlədə qəbiristan sükutu davam edirdi. H.Nəzərli. // Ümumiyyətlə, camaat, xalq, əhali, böyük izdiham. Kütləyə müraciət etmək. – Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı. M.İbrahimov. // Müəyyən xüsusiyyətlərinə görə birləşən adamlar qrupu; zümrə. Tələbə kütləsi. Ziyalı kütləsi. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin mərkəzində bir masa qoyulmuşdu. M.Rzaquluzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

kütlə

kütle


Last searches: