Küt
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
küt
[Köken: Kökeni belirsiz] (kesmeyen) Ötmez
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
küt
с. 1) тупас; küt parmaklar кыска һәм калын бармаклар; 2) җәенке; küt köşe җәенке почмак
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
küt
Türkiye Türkçesi: küt
Azerbaycan Türkçesi: küt
Başkurt Türkçesi: ütmäs tupak tupar
Kazak Türkçesi: ötpes mukalğan mokal
Kırgız Türkçesi: mokok ötpögön
Özbek Türkçesi: ötmäs
Tatar Türkçesi: ütmäs kırşılğan tupa
Türkmen Türkçesi: kütek
Uygur Türkçesi: kaşaŋ ötmäs
Rusça: tupoy
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
küt
I. sif.
1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. – [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.
2. məc. Kütbeyin, gec başa düşən, zehinsiz, dərrakəsiz, fərasətsiz, qanmaz, qavrama qabiliyyətindən məhrum. Küt adam. – Yaman qonşu, küt oğul; Qov yanından, xətadır. (Ata. sözü). O küt münəqqidi bir salın başa; Ömründə bir dəfə qoy adam olsun! M.Rahim. // İs. mənasında. Kütün biridir.
3. bax. boğuq 2-ci mənada. Küt tüfəng səsi. – ..Ayaq üstündə çürümüş iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov. Küt bir güllə səsi eşidildi. İ.Hüseynov.
4. məc. Kəskin olmayan, o qədər də hiss edilməyən (ağrı, sancı və s. haqqında). [Xan] alnında küt bir sancı duydu, başı gicəldi. M.Rzaquluzadə. [Bəhlul:] Özümdən asılı olmayaraq, ürəyimdə küt bir ağrı hiss eləyirdim. B.Bayramov.
5. məc. İfadəsiz, mənasız, heç bir şey ifadə etməyən. Küt nəzər. – Hacının gözündə küt və vahimə ilə dolu bir ifadə hakim idi. M.İbrahimov. Bu küt baxışlı, yekəpər bir oğlan idi. H.Seyidbəyli. ‣ Küt bucaq – həndəsədə: düz bucaqdan böyük bucaq.
II. is. Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. Kütləri təndirdən çıxarmaq. Kütün külünü təmizləmək. – İt haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Ata. sözü). • Küt getmək – təndirin divarından qopub od və ya kül üstünə düşmək. Çörəklər küt getdi. ‣ Küt getmək məc. – Yorğunluqdan tez və bərk yatmaq, yuxulamaq. Uşaqlar küt getdilər.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
küt
I. kəsərsiz
{kesersiz}
II. korazehin, fərsiz, bacarıqsız
{akılsız, kabiliyetsiz, beceriksiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
küt
anlayışsız, küt
Kyrgyz—Turkish Dictionary
küt-
1. = = küy- ıı; 2. itina etmek; uğraşmak; mal kut- : hayvan gütmek; hayvan yetiştirmek, hayvan beslemekle meşgul olmak; ıyman kötöt: dindardır; konok küt: misafirlere bakmak, onlara izaz, ikram etmek; üy küt- : ev- bark sahibi olmak; malda da kütkö bir kıyal bolot: hayvanın da kendine göre, tabiatı ve düşüncesi vardır; cal küt: ( at hakkında ) tavlanmak; beyil küt bk. beyil 1.
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
küt
at. Üýşürilip goýlan bölek, küde. Sanly salym içinde, "Ak altyny" küt edýär (B. Kerbabaýew).