Ki
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
ki
терк. ки
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
ki
Türkiye Türkçesi: ki
Azerbaycan Türkçesi: ki
Başkurt Türkçesi: ki
Kazak Türkçesi: (n)in eken(in)
Kırgız Türkçesi: ki (baylamta)
Özbek Türkçesi: ki
Tatar Türkçesi: ki
Türkmen Türkçesi: ki (kȫne edebiyatda)
Uygur Türkçesi: ki
Rusça: çto çtobı tak kak
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ki
I. bağl.
1. Baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. Elə yavaş danışır ki, eşitmək olmur. Elə dumandır ki, göz gözü görmür. – Səkinə yaxşı bilirdi ki, son zamanlar qızının .. nəbzi əvvəlkilər kimi vurmur. M.İbrahimov. Orasını da deməliyik ki, Murad Bayramın üstünə yaman düşmüşdü. Ə.Vəliyev.
2. Bağlayıcı vəzifəsini görən bir sıra sözlərə (ki, necə, hansı, niyə və s.) qoşularaq, onlarla sonrakı sözlər arasında əlaqəni daha da qüvvətləndirir. Necə ki, dedim. Kim ki, cavab verdi...
3. Bəzi modal sözlərdən (yəqin, görünür, əlbəttə, gərək, guya və s.) sonra gələrək, ehtimallıq, zərurilik və gerçəklik məzmununun cümlələrin ikinci hissəsinə keçməsi üçün şərait yaradır. Yəqin ki, mənim qarama hirslənib getdiniz. İ.Əfəndiyev. Gərək ki, məktəbdən gəlmişdi. Mir Cəlal.
4. Feldən sonra gələrək, başqasının nitqini ifadə etməyə xidmət edir. Bir dəfə Güllü mənə demişdi ki, qızım, sənin bu dünyada bir xoşbəxtliyin var.. İ.Əfəndiyev.
5. Ədatlardan sonra işlənərək, ədatla birlikdə cümləni və ya onun müəyyən hissəsini qüvvətləndirməyə xidmət edir. İndi ki bu mənim pulumu görüb, bu qədər əziyyətə düçar olub, belə adamlar vəfalı olarlar. (Nağıl). İndi ki sən xahiş edirsən, qızın pulunu keçərəm. Mir Cəlal.
6. Müxtəlif sözlərdən sonra gələrək həmin sözlərin mənasını qüvvətləndirir. Yaxşı ki dəvət etmişik. – Bu ki mənim əlimdə su içmək kimi bir şeydi. (Nağıl). Mən ki damdan, bacadan baxmaz idim; Su kimi hər tərəfə axmaz idim. M.Ə.Sabir.
7. Sadə bağlayıcı, qoşma, ədat, feli bağlama, işarə əvəzliyi və s.-dən sonra gələrək, mürəkkəb bağlayıcı əmələ gətirir; məs.: ancaq ki, ona görə ki, yaxud ki, bunun üçün ki, indi ki, odur ki.
II. Aşağıdakı mənalarda və hallarda işlədilən ədat.
1. Sual cümlələrinin sonunda gələrək, xəbərə aid olur, xəbərin və ya ümumiyyətlə, cümlənin mənasındakı sualı qüvvətləndirir. Ay Xanpəri, daha biz niyə dayanmışıq ki? M.Hüseyn. Burada təəccüblü nə var ki? S.Rəhimov. Ay bala, bir yerin ağrımır ki? Mir Cəlal.
2. Əvəzliklərdən sonra gələrək, onu başqa sözlərdən fərqləndirir, daha çox nəzərə çarpdırır. [Fuad:] Sən ki mənim nişanlımsan? C.Cabbarlı. Bunu ki bizlərdə hamı bilir. S.Rəhimov. O ki yaxşı adamdır, usta! Mir Cəlal.
3. Cümlənin sonunda etiraz məqamında işlədilir. Bu olmadı ki. M.S.Ordubadi. Mən uşaq-zad deyiləm ki. M.Hüseyn.
4. Əsasən cümlələrin sonunda kinayə məqamında işlədilir. Bizlərdə südü stəkanla içməzlər. Bura şəhər-zad deyil ki. M.Hüseyn. Hamı bu cür ola bilməz ki. Ə.Vəliyev.
5. Gözlənilməz bir hadisə baş verdiyi zaman əmələ gəlmiş vəziyyəti bildirmə məqamında işlədilir. Kişi yenə də məni yaxaladı ki... S.Rəhimov. [Sadıq:] Ay aman, bu da gəlib çıxdı ki... S.Rəhman.
6. Kinayə, istehza və ya etiraf məqamında işlədilir. O lap uşaqdır ki. – [Salmanov:] Gəlsin, ondan qorxmuram ki. S.Rəhman.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
ki
ki
Uzbek—English Dictionary (Dirks, 2005)
+ki
introduces subordinate clauses (Persian). that. oqibat shunday bo'ldi~... the result was such that... u aytdi~... he said that...+la poet.with (s. ila).
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
ki
Eýerjeňli goşma sözlemlerde baglaýjylyk hyzmatyny ýerine ýetirýän baglaýjy. Magtymguly aýdar: sözlerim hakdyr, Emma ki hak söze ten beren ýokdur (Magtymguly).
Last searches:
- ykjam,
- dönemeç,
- refutation,
- Oturum,
- çörümek,
- basqınçı,
- soramak,
- kandırmak,
- feretory,
- üzmek,
- etene,
- Kompozisyon,
- ustara,
- siyirməqılınc,
- darbadar,
- uqmoq,
- baýnama,
- garanggurung,
- xəritə,
- kärendeçil1k,
- alapta,
- Ki