Hülqum
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hülqum
is. [ər.] anat. Həzm cihazının, ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu. Pazaq Vəli təəccübdən yerində donub qaldı. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez enib qalxdı. İ.Məlikzadə. // Ümumiyyətlə, boğaz mənasında da işlədilir. ‣ Hülqumu qurumaq – bərk qorxmaq, qorxudan özünü itirmək. Hülqumundan yapışmaq – boğazından yapışmaq, hülqumlamaq. Hülqumundan keçirmək – bax. həzm-rabedən keçirmək (“həzm”də). Hülqumunu üzmək – öldürmək. [Əsgər:] Tapaq, birdəfəlik onun hülqumunu üzək. Ə.Əbülhəsən.