turklehceleri.org

Heykəl

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

heykəl

is. [ər.]
1. Heykəltəraş tərəfindən daşdan, tuncdan və s.-dən hazırlanmış insan və ya heyvan surəti. Mərmər heykəl. Füzulinin heykəli. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn.
2. is. Cindən, həmzaddan və bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı. bax. medalyon. Sağdan sola, soldan sağa sal boynuna heykəl; Qoy cinni məəttəl.. M.Ə.Sabir.
3. məc. bax. mücəssəmə 2-ci mənada. ‣ Heykəl kimi – müqəvva kimi, hərəkətsiz. Mübaşir Məmməd, heykəl kimi hərəkətsiz durmuş qıza, onun şümşad boyuna nəzər saldı.. M.İbrahimov. ..Donuq nəzərlə [Səməd] heykəl kimi quruyub qalmış gəlinin üzünə baxa-baxa qaldı. İ.Hüseynov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

heykəl

heykel


Last searches: