turklehceleri.org

Güman

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

güman

is. [fars.]
1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal. O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı. M.Hüseyn. • Güman var ki, güman ki – ola bilər, mümkündür, ehtimal ki. Güman var ki, onun biri xəyaldır; Göydən gələn lənətdən bir timsaldır. A.Səhhət. Güman etmək (eləmək) – fikirdə olmaq, ehtimal etmək, zənn etmək. Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə. Nəriman bunun keşikçi olduğunu güman etdi. Mir Cəlal.
2. Şübhə, şəkk. Zərrə qədər iman; Dünya qədər güman. (Ata. sözü). Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! “Koroğlu”. • Gümana düşmək – şübhəyə düşmək, şəklənmək, şübhə etmək. Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər, müşavirədə olanlar bir-birindən gümana düşərdilər. S.Rəhimov. Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar cürbəcür gümana düşürdülər. B.Bayramov. Gümanı getmək – şübhələnmək (birindən). Hacı Kamyab .. o gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Ə.Haqverdiyev.
3. Ümid, istək, arzu. Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında. Q.Zakir. Hamınız dərdi-dilinizi ərz edəsiniz və, inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız. C.Məmmədquluzadə. • Gümanı gəlmək – inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq. [Heydər bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. M.F.Axundzadə. [Reyhan:] Amma çarəm yoxdur, gümanım sənə gəlir.. Ə.Məmmədxanlı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

güman

I. zənn, fərz, şübhə, ehtimal
{zan, farz, şüphe, ihtimal}

II. ümid
{ümit}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

güman

şans, tahmin, varsayım, zan

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

güman

[güma:n], at.1. Bir zat hakynda edilýän çak, çaklama. Müňküre bilin baglanyň, Köňlünden güman gitmezmiş (Magtymguly). 2. ser. Gümana. Bu dem ganymatdyr, neçün bilmezmen, Çyksa dem girmesi güman görüner (Magtymguly).
 ‣ Güman etmek biridir ýa bir zatdyr öýtmek, bir göreniňe meňzetmek, çak etmek, çen etmek. At bolsa eýesi oturandyr güman edip gymyldaman durdy (A. Gowşudow).


Last searches: