turklehceleri.org

Güləbətin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

güləbətin

1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap. [Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski.
2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın. – Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif.
3. sif. məc. Sarı, sarı-qızılı. Güləbətin saç.


Last searches: