turklehceleri.org

Göz

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

göz

и. 1) төрле мәгъ. күз; 2) чокырчык, күз сөйл.; 3) аерым тартма, бүлекчә, бүлемтек; 4) игътибар, күз иск.; 5) сөйл. урта төш □ göz akı күз агы; göz bilimi офтальмология ◊ göz almak күз камаштыру; göz atmak күз ату, карап алу яисә карап тору; göz çıkarmak күз чыгару; göz değmek күз тию; göz dikmek күз текәү; göz evi күз уемы, күз чокыры; göz etmek күз белән ымлау; göz kapağı күз кабагы; göz karası күз карасы; göz kalmak үзенә булдырасы килү; göz açmak 1) күз ачу, бераз тынычлану; 2) дөньяга килү; 3) кемнең дә булса күзен ачу, ачык аңлату; göz ağrısı дәрт, мавыгу; göz(ü) açık аңлы, аңлап торучы; тиз төшенүче; göz kesmek булдырачагына ышану; göz önü күз уңы, күз алды; gözden düşmek күздән төшү; göze batmak күзгә ташлану

Uşak Dialect to Turkish Dictionary (Sunucu, 2001)

göz

1) Ev odası. 2) Nazar.

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

göz

Türkiye Türkçesi: göz
Azerbaycan Türkçesi: göz
Başkurt Türkçesi: küⱬ
Kazak Türkçesi: köz
Kırgız Türkçesi: köz
Özbek Türkçesi: köz
Tatar Türkçesi: küz
Türkmen Türkçesi: göz
Uygur Türkçesi: köz
Rusça: glaz óko

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

göz

is.
1. İnsan və heyvanda görmə orqanı. Qara gözlər. Ala gözlər. İri göz. – Xumar-xumar baxmaq göz qaydasıdır; Lalə tək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. Arvad .. yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman. • Göz ağı anat. – gözün ağ rəngli qabarıq qeyri-şəffaf qişası. Göz alması anat. – gözün, göz ağı və göz qarasının da daxil olduğu şarşəkilli hissəsi. Göz qapağı – bax. qapaq 2-ci mənada. Rzaqulu xan yalvardıqca Böyükxanım göz qapaqlarını bir-birinə çalıb hərdən bir qətrə göz yaşı atırdı. M.S.Ordubadi. Göz qarası (bəbəyi) – bax. bəbək 1-ci mənada. Göz yuvası anat. – kəllənin üz hissəsində göz almasının yerləşdiyi batıq; göz çuxuru. // Gözüm şəklində – əzizləmə, nəvaziş, oxşama, mehribanlıqla müraciət. [Qurbani:] Canım təbib, gözüm loğman; Mənim dərdim ara tez-tez. “Qurbani”.
2. Görmə qabiliyyəti, görmə. İti göz. Gözü zəifləmək.
3. Gözümdə (gözündə) şəklində – nəzərimdə (nəzərində), mənə görə (ona görə), mənim fikrimcə (onun fikrincə). Mənim gözümdə o heç bir şeydir. Sənin gözündə o, böyük adamdır.
4. Nəzarət, baxım. Uşağın üstündə göz lazımdır.
5. Xırda dəlik, deşik. Aşsüzənin gözləri. İynənin gözü. – Gilli məhlul baltanın gözlərindən (dəliklərindən) çıxaraq .. quyunun ağzındakı nov sisteminə tökülür. S.Quliyev.
6. Bulağın başladığı yer, suyun çıxdığı yer; qaynaq, mənbə. Bulağın gözü tutulub. – Qaynar bulaqların gözündən içər; O ellər gözəli, o el yavrusu. S.Vurğun.
7. Kiçik pəncərə (kassada, poçtda və s.də). [Qulam müəllim] şüşə gözün müqabilinə gəldi, vərəqəni uzatdı. S.Rəhimov. // Keçmək üçün hasarda, divarda açılmış dəlik. Hasardan qonşu bağa göz açmaq. – [Tellinin] müəllimlə öz otağının arasındakı divarda qapı kimi, fəqət alçaq, bir arşın hündürlüyündə bir göz vardı. S.Hüseyn. Üstləri dəmirli qalın qapılar; Ortada balaca göz yerləri var. H.K.Sanılı.
8. Yaranın, şişin irin axan yeri. Çibanın iki gözü vardır. Yaranın gözü açıldı.
9. Hissələrə ayrılmış bir şeyin ayrı-ayrı bölmələri. Portfelin kiçik gözü. Şkafın üst gözü. Xurcunun gözləri. – Heç bir söz demədən [Rüstəm kişi] başının üstündəki balaca dolabçanın gözünə qoyulmuş trubkanı götürüb [Şərəfoğluya] verdi və əlini sıxdı. M.İbrahimov. İşini tamam etdikdən sonra xarrat dolabın gözlərindəki kitablara nəzər at(dı). T.Ş.Simurq. Birinci iynəni batırarkən pəncərənin qırıq gözünə yamadığı kağız xəfif səs çıxardı. H.Nəzərli.
10. Qoşa və ya üçlülə tüfəngin lülələrindən hər biri. Tüfəngin iki gözünü də sıxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.
11. Tərəzi qablarından hər biri. Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub deyir.. Ə.Haqverdiyev.
12. Adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərir. Üç göz ev. İki göz pəncərə. – Binanın alt mərtəbəsi iki xırdaca gözdən, üstü isə yalnız bir gözdən ibarət idi. S.Rəhimov.
13. məc. Alov mənasında. Lampanın gözünü çəkmək. – Şeyx Haşimi kiçik mizə yaxınlaşıb, qəzəblə barmağını bir-bir şamların gözünə basır, şamlar sönür, çadır qaranlıq içində qalır. Ə.Məmmədxanlı.
14. Körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi. Körpünün üç gözü var. ‣ Göz aça bilməmək – fürsət, vaxt tapa bilməmək. İşin çoxluğundan göz aça bilmirəm. Göz (gözlərini) açan gündən (açandan) – 1) lap körpəlikdən; 2) başa düşəndən bəri, dərk etdiyi vaxtdan. Yerdə qalanları isə gözlərini açandan onu Güllücədə görmüşdülər. S.S.Axundov. Göz açıb yuman saatda – bir an içində, tez, əlüstü, o saat. [Məstəli şah:] Xanım, bir adam ki buradan Pariji göz açıb yuman saatda bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, on günədək bura çatdıra bilməz? M.F.Axundzadə. Göz açıb yumunca – bir anda, bir an içində. Göz açıb yumunca işini qurtardı. Göz açmaq – 1) dünyaya gəlmək, doğulmaq. İnsanoğlu bu aləmə göz açdığı gündən bəri; Azadlığın məşəlinə qurban olmuş pərvanətək. S.Vurğun; 2) macal tapmaq, imkan əldə etmək, vaxt tapmaq. Göz açmağa macalım yoxdur. Göz açmamaq – macalı, vaxtı, imkanı olmamaq. Döyüşdən göz açmayan Rüstəm [Şərəfi] unuda bilmirdi. M.İbrahimov. [Osman:] Basırdı gülləni sola, həm sağa; Qoymurdu düşməni heç göz açmağa. H.K.Sanılı. Göz ağartmaq – qorxuducu nəzərlə, hədələyici tərzdə baxmaq. Niyaz anasına göz ağartdı, Ballı söhbəti kəsdi. Ə.Vəliyev. Göz ağartması vermək – bax. göz ağartmaq. Göz altından (altınca) baxmaq (süzmək) – başqalarına sezdirmədən, gizlicə baxmaq (süzmək). Hüseyn oynadıqca göz altından Surxaya baxırdı. S.Rəhman. [Beyrək] .. göz altından məclisdə olan gəlinləri, qızları süzməyə başladı. M.Rzaquluzadə. Göz atmaq – gözlə işarə eləmək. Göz atdım gözünə, himlədim bəri; Dayandı şir kimi pürvüqar gördüm. S.Vurğun. Göz bəbəyi məc. – əziz və sevgili sayılan. Onun göz bəbəyi bir oğlu var. Göz bəbəyi kimi qorumaq (saxlamaq) – böyük diqqətlə qoruyub mühafizə etmək, qayğısını çəkmək. Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumalıyıq. Göz böyümək – qorxu, dəhşət bürümək, vahimə basmaq. Dərənin dibinə endikcə göz böyüyür, hər şey qaralır, şübhəli görünürdü. Mir Cəlal. Göz bulağı – bax. bulaq. Hicran dəryasında, göz bulağında; Qurbani, çalxanıb bircə üz indi. “Qurbani”. Göz çəkmək (yığmaq) – bax. əl çəkmək 3-cü mənada. [Pəri Əbdülə:] [Puldan] göz çək. C.Cabbarlı. Göz çıxarmaq – bax. gözünü çıxartmaq 2-cimənada. Göz dağı çəkmək – dərdə salmaq, qüssə vermək, ağır zərbə vurmaq. Oğlunu öldürüb anasına göz dağı çəkmək. – Bəlkə, neçə-neçələrə göz dağıyam, şöləyəm; fikri dustaq olanlara; dili yasaq olanlara! R.Rza. Göz dəymək – mövhumata görə baxışından ziyan, zərər çəkmək. Uşağa göz dəyib. – Al, yaşıl geyinib durma qarşıda; Yayın bəd nəzərdən, göz dəyər sana. Qurbani. Göz dəyməsin! – gözdəymənin qarşısını almaq üçün işlədilən ifadə. Dəyməsin göz, qəribə zirəksən; Bu fərasətdə dəhrdə təksən. S.Ə.Şirvani. Göz dikmək – 1) bir şeyi ələ keçirmək arzusunda olmaq, sahib olmağa çalışmaq. [Əziz bəy:] Nəkarədir ki, bir arşınölçən mənim adaxlıma göz dikə! M.F.Axundzadə. Yetim malına göz dikməyin nədir daim; Halal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani; 2) bel bağlamaq, ümid olmaq, arxayın olmaq. Ata malına göz dikən malsız-davarsız qalar. (Ata. sözü). Bu gün bir süngüdür əlimdə qələm; Mənim bayrağıma göz dikir aləm. S.Vurğun; 3) nəzər yetirmək, baxmaq. Elə mən deyiləm hüsnünə mail; Göz dikibdir tamam Qarabağ sənə. Q.Zakir. Göz dolandırmaq – ətrafına baxmaq. Kərəm göz dolandırıb gördü ki, ovçular iki quzusu olan bir ceyranı vurublar. “Əsli və Kərəm”. Göz dolusu – fərəhlə, ürəklə, razı halda, şad. Göz dolusu evini süzdü. – Səkinə göz dolusu ərinə baxıb gülümsədi. M.İbrahimov. Göz doymamaq – bax. gözü doymamaq. Göz doymaz vəsməli kaman əbrudən; Can üzülməz səmən iyli geysudən. M.P.Vaqif. Göz etmək (eləmək) – gözlə işarə eləmək. Göz gəzdirmək – hər tərəfə baxmaq, başdan-ayağa süzmək, nəzər salmaq. Otağa göz gəzdirmək. Məclisə göz gəzdirmək. – Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. [Rüstəm bəy] ətrafa göz gəzdirərək sanki söz axtarırdı. Çəmənzəminli. Göz görə (görə-görə) – açıq, aşkar, bəlli, gözlə görüldüyü halda. Göz görəgörə oğurluq etmək. – Yalançının dili yandı göz görə-görə; İnanmadı dili alov yaxanlar belə. M.Araz. Göz götürmək (çəkmək) – baxmamaq, əl çəkmək. Ayrı düşüb ulusundan, elindən; Yenə göz götürməz xublar telindən. Q.Zakir. Göz götürüb baxmaq – başını qaldırıb baxmaq, nəzər salmaq. [Səkinə] göz götürüb qonaqlara baxa bilmirdi. Ə.Abbasquliyev. Göz gözə baxmaq – üzbəüz oturmaq, bir-birinin üzünə, gözünə baxmaq. Ələsgər də eşq oduna alışdı; Göz gözə baxanda halın soruşdu. Aşıq Ələsgər. Göz gözə gəlmək – baxışları qarşılaşmaq, bir-birinə baxmaq. Göz gözü görməmək – çox qaranlıq, zülmət olmaq, heç bir şey seçilməmək. [Şahmar bəy:] Yamanca qaranlıqdır, göz gözü görməyir. N.Vəzirov. [Aqşin:] İşıq ver, göz gözü görmür. C.Cabbarlı. Qaranlıqda göz gözü görmürdü. S.Hüseyn. Göz işlədikcə – gözlə görülə bilən qədər, gözün görə bildiyi qədər (adətən çox geniş sahə haqqında). Göz işlədikcə tarlalar uzanırdı. – Göz işlədikcə gülümsər yaşıl xiyabanlar; Yaşıldı pəncərə, balkon, yaşıldı meydanlar. H.Cavid. Göz kəsilmək – bütün diqqətilə baxmaq. Göz kəsməmək – diqqətlə baxmaq, nəzərini çəkməmək, daim baxmaq. Onun üçün göz kəsmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. Göz (gözü, gözləri) qabağına gətirmək – xəyalında canlandırmaq, təsəvvürünə gətirmək, yada salmaq. Keçmiş günlərini göz qabağına gətirdi. – Onu yüz dəfə gözümün qabağına gətirmişəm, yüz dəfə xatırlamışam, lakin heç kəsə heç nə söyləməmişəm. İ.Əfəndiyev. Göz qabağına qoymaq – bir şeyi tez gözə dəyən, asanlıqla tapılan yerdə saxlamaq. Kitabları göz qabağına qoymaq. – Pərşan bağçaya getdi, zanbaq güllərini bankaya salıb artırmaya, göz qabağına qoydu. M.İbrahimov. Göz qabağında (qarşısında) – üzdə, ortada, meydanda. Nöqsanlar göz qabağındadır. – Gələcək qəsəbənin küçələri də artıq göz qabağında idi. Nəticə göz qabağındadır. Göz qamaşdırmaq – 1) gözlərini kütləşdirmək (parıltı). Üzüyün qaşı göz qamaşdırır; 2) məc. çox güclü təsir etmək. [Nadir bəy:] ..Sonra [tariximüqəddəsdə] yarpaqları çevirin! – Dinisiyasi minlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. H.Cavid; 3) heyran etmək. Qızın gözəlliyi göz qamaşdırır. – Çayın vadisindəki çəmənlik də göz qamaşdırırdı. İ.Şıxlı. Göz-qaş (gözlə-qaş) arasında – tez, bir anda. Göz-qaş arasında yox oldu. – Könlüm quşu seyd oldu gözü-qaş arasında; Qanlar düşəcəkdir iki yoldaş arasında. Q.Zakir. Göz qıcırtmaq – bax. diş qıcamaq (“diş”də). ..Xanın düşmənləri buraya göz qıcırdıblar. M.S.Ordubadi. Göz qırpımında – bax. göz açıb yumunca (bəzən “bir” sözü ilə bərabər işlənir). Göz qırpımında hər şeyi ayırd etmək. – Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, .. batalyonun komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı. Ə.Məmmədxanlı. Göz qırpmaq – 1) gözünü tez yumub açmaq; 2) məc. sayrışmaq, yanıb sönmək. Bakı milyon gözlərlə göz qırpır, uzaqlarda işıqdan atəşli bir qövs cızır, qövsdən o tərəfdə isə qaranlıq hamar bir sahə uzanırdı. Ə.Məmmədxanlı. Hər iki yanda bir çağırımlıqda göz qırpan bir işıltı görünürdü. M.Rzaquluzadə. Göz qoymaq (yetirmək) – 1) hiss etdirmədən diqqətlə baxmaq, fikir vermək, müşahidə etmək. Mən ona göz qoymuşdum, o, artıq məni buraxmaq istəmirdi, hər yana gedirdimsə kölgəm kimi dalımca sürünürdü. M.S.Ordubadi. Uşaq bağçasından keçirdim dünən; Göz qoydum oynaşan körpələrə mən. S.Vurğun. Mən oğurluqca ona göz qoyurdum. Mir Cəlal; 2) nəzarət etmək, baxmaq. [Lal Hüseyn] çiyidin müntəzəm surətdə səpilməsinə göz yetirirdi. M.İbrahimov. Göz-qulaq olmaq – ciddi nəzarət etmək, baxmaq. – Uşaqdan gözqulaq ol! – Göz qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Göz oxşamaq – ürəyə yatmaq, gözə xoş gəlmək, ürək açmaq. Adamlar göz oxşayan sarı, qırmızı, bənövşəyi çiçək xiyabanı ətrafında dolaşırlar. İ.Şıxlı. Göz olmaq – 1) pusmaq, güdmək, nəzarət etmək. Dustağa göz olmaq. – [Yusif:] Hər ikisinə özüm göz olaram. S.Rəhman; 2) muğayat olmaq, himayə etmək, göz qoymaq, nəzarət etmək. Uşağa göz ol! – Göz ol balamıza, görüm onu mən; Həm özünə layiq, həm mənə layiq. S.Rüstəm. Göz önünə gətirmək – yadına salmaq, xatirinə gətirmək, təsəvvüründə canlandırmaq, xatırlamaq. ..Keçdiyimiz yerlərdəki vəziyyəti göz önünə gətirib bunlara inanmalı oldum. M.Rzaquluzadə. Göz önünə qoymaq – bax. göz qabağına qoymaq. Göz salmaq – bax. gözü düşmək. Göz tutduqca – bax. göz işlədikcə... Yaxşısı budur ki, elə buradan baş alıb göz tutduqca diyarbədiyar qaçım. E.Sultanov. Göz ucu ilə (ucuyla) baxmaq – ötəri baxmaq. [Durna:] And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim [Əsəd bəyə] göz ucuyla baxdığım da olmamış(dır). C.Cabbarlı. Göz (gözüm) üstə! – bax. Baş üstə! (“baş”da). Baş üstə, göz üstə deyib, mən də ağanın qulluğuna təşrif apardım. N.Vəzirov. Əlini gözünün üstünə qoyub “gözüm üstə!” deyib getdi. Ə.Haqverdiyev. [Mədən müdiri:] Nə istəsən mənim bax bu gözüm üstə. M.Hüseyn. Göz üstə (üstündə) yerin(iz) var – əziz, hörmətli adamı nəzakətlə dəvət məqamında söylənir. Buyurun evimizə, göz üstə yeriniz vardır. – Asta qədəm qoyub, bir bizə gəlsən; Yerin var göz üstə, qız, qadan alım! Aşıq Ələsgər. [Banıçiçək:] Mənə qonaq gəlibsiniz, gözüm üstə yeriniz var. M.Rzaquluzadə. Göz verib işıq verməmək – daim sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq altda saxlamaq. [Mərcan bəy:] Pulun ola, malın ola, amma arvad sənə göz verib işıq verməyə. Ü.Hacıbəyov. [Məsmə:] Mən nə etməli idim. Bu adam mənə göz verəcək, işıq verməyəcəkdi. S.Hüseyn. Göz vurmaq (basmaq, etmək, çalmaq) – işarə etmək üçün gözünün birini qırpmaq. Rzaqulu göz elədi ki, dinməyim. C.Məmmədquluzadə. Hatəmxan yüzbaşıya tərəf göz çalaraq sağ əlinin baş barmağını heç kəs görmədən yanda tovladı və: – Yüzlük! – deyə, sözünü tez kəsdi. S.Rəhimov. Nərgizlə Gülşən birbirinə göz vurdular. Ə.Vəliyev. Göz yaşı – damla, qətrə halında gözdən axan su. ..Aşiqinə qanlar ağladan dilbər; Rəhmə gəlib göz yaşını silməzmi? M.P.Vaqif. Məzlumların göz yaşı dərya olacaqmış; Dəryaları, ümmanları neylərdin, ilahi? M.Ə.Sabir. Göz yaşı kimi (təki) – saf, təmiz, dumduru. ..Dağlardan göz yaşı kimi duru, bal kimi şirin, hava qədər yüngül çeşmələr axır. H.Nəzərli. Söyüd ağacının yaxınlığında xırdaca bir qayadan göz yaşı kimi duru bir bulaq çıxıb ağacın dibi ilə axırdı. M.Rzaquluzadə. Göz yaşı tökmək (axıtmaq) – ağlamaq. Dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim. S.S.Axundov. Göz yetirmək – baxmaq, nəzər salmaq, diqqət etmək, göz gəzdirmək. [Əsgər:] Belə, sözün doğrusu, o tərəfə-bu tərəfə baxıb göz yetirirəm, görürəm yenə bir şeyim çatmır. Ü.Hacıbəyov. Göz yummaq – 1) əhəmiyyət verməmək, fikir verməmək. [Muradın] qarşısında iki yol vardı: Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq. S.Hüseyn; 2) əl çəkmək, etinasız olmaq. Bu işdən boyun qaçırmaq gələcək səadətə göz yummaq deməkdir. Ə.Sadıq. Göz yumub açınca (açana qədər) – bax. göz açıb yuman saatda. Göz yumub açınca seylabə verərdim aləmi. Füzuli. Gözdə-qulaqda olmaq – bax. göz-qulaq olmaq. ..Özün isə gözdə-qulaqda ol. Elə ki Kərəmovun yaxası ələ keçdi, birinci zərbəni sən endir. İ.Əfəndiyev. Gözdə olmaq – diqqət mərkəzində olmaq, hamının diqqətini cəlb etmək. Gülşənin manqası niyə gözdədir? Ə.Vəliyev. Gözdən buraxmaq (qaçırmaq) – görməmək, diqqətli olmamaq. [Münəccim pişxidmətə:] Südabəni gördün sən; Səyavuşu öpərkən? Gözdən qaçırma, diqqət! H.Cavid. Gözdən çəkilməmək – daim ortada gəzmək, göz qabağında olmaq. Nə edəsən ki, Mələknisə də gözdən çəkilmirdi ki, çəkilmirdi. Mir Cəlal. Gözdən düşmək – əvvəlki hörmətini itirmək, etibardan düşmək, daha sayılmamaq. Başqa məhparələr eşqində gözümdən düşdü; Qətrə gözdən düşər, əlbəttə ki, dəryayə görə. Ə.Vahid. Gözdən eləmək – gözünü şikəst etmək, kor etmək, işığa həsrət qoymaq. Çox ağlamaq ananı gözdən elədi. – Səni gözdən eləyən; Gözdən iraqlaşdıran; Bu uğursuz çadranı; Fırlat qaranlıqlara! Ə.Cavad. Gözdən iti – görmə qabiliyyəti yaxşı olan, itigözlü. Gözdən itmək – görünməz olmaq, görünməmək, yox olmaq, tez çıxıb getmək. Novruzəli bu sözləri deyəndən sonra gözdən itdi. C.Məmmədquluzadə. Yolun ortasında özünü günə verən koramallar səs eşitdikdə sürünüb qalınlıqda gözdən itirdilər. İ.Şıxlı. Gözdən keçirmək – 1) ötəri baxmaq, nəzər salmaq. Qulam müəllim hər iki yazını gözdən keçirdi. S.Rəhimov. Mirbalayev vərəqəni alıb .. gözdən keçirdi. M.Hüseyn. Məhərrəm kağızları bir-bir gözdən keçirməyə başladı. H.Nəzərli; 2) baxmaq, nəzər atmaq, fikir vermək. Sinfi gözdən keçirmək. Ətrafı gözdən keçirmək. – Yolçu bir daha xarabalığı gözdən keçirdi. Ə.Məmmədxanlı. [Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev; 3) yoxlamaq. Kağızları gözdən keçirmək. Biletləri gözdən keçirmək. – Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi. Gözdən kənara buraxmamaq – bax. gözdən qoymamaq. Yazıqları .. gözdən kənara buraxmadılar. M.S.Ordubadi. Gözdən qaçmaq – görünməmək, diqqətdən kənarda qalmaq. Gözdən qoymamaq – birinin bütün hərəkətlərinə fikir vermək, diqqət yetirmək, təqib etmək, nəzarət altında saxlamaq, izləmək. Uşağın hərəkətlərini gözdən qoymamaq. – Mən qaraçı qızını gözdən qoymurdum. M.S.Ordubadi. Firuzə xəstəni bir an gözdən qoymurdu. A.Şaiq. Gözdən (gözlərdən) olmaq – kor olmaq. [Qəribin atası:] Gecəgündüz axıdıram göz yaşı; Gözdən oldum oğul-oğul deməkdən. “Aşıq Qərib”. Gözdən pərdə (əsgi) asmaq – aldatmaq; həqiqəti gizlədib yalan danışmaq, kələk işlətmək, nöqsanların üstünü örtmək. [Nəsib dayı:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu. Sən başa düşmürsən ki, .. gözdən pərdə asmaq ən böyük cinayətdir?! İ.Şıxlı. Gözdən salmaq – 1) etina etməmək, unutmaq, yaddan çıxartmaq. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Aydın qələbəsinin bu cür gözdən salınmağına dözürdü. M.Hüseyn; 2) uzaqlaşdırmaq, kənar etmək. Ələsgəri gözdən salma irağa; Necə dözüm belə dərdü fərağa? Aşıq Ələsgər. Gözdən tük çəkmək – bir işi çox cəld və məharətlə görmək. Bilmirsən ki, oğrular gözdən tük çəkirlər? Mir Cəlal. Gözdən uzaq (iraq)! – qorxu, vahimə, xof və s. qarşısında işlədilən ifadə. Həm də, gözdən iraq, gəlinlər, qızlar; Əlləri qoynunda zarıyıb sızlar. S.Vurğun. Gözdən uzaq (iraq) olmaq (düşmək) – bir-birindən ayrı düşmək, aralı yaşamaq, uzaqda olmaq, qürbətə düşmək. Gözdən uzaq olan könüldən də uzaq olar. (Məsəl). Gözdən yayınmaq – qaçıb gizlənmək, qaçmaq, əkilmək, gözə görünməmək. [Ələmdar] mühafizlərin gözündən yayınmağı kəsdirdi. S.Rəhimov. [İlyas Adiləyə:] Elə ki, həyətin aşağısına gəlib gözdən yayındım, o saat qayıdıb Tərlanın boynuna sarıldım. Ə.Məmmədxanlı. Gözə batmaq – bax. gözə girmək. [Altunbay:] [Qullar] ox kimi gözə batırlar. C.Cabbarlı. Gözə dəymək (çarpmaq) – görünmək, görsənmək, diqqəti cəlb etmək. [Qarovul:] Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir. Ə.Haqverdiyev. Hazır olanlar sırasında birinci növbədə gözə çarpan Hacı Qəvam idi. T.Ş.Simurq. Gözə (gözlərə) fərəh vermək – sevindirmək, ürək açmaq, könlü xoş etmək. Gözəl mənzərə gözə fərəh verir. – Göz işlədikcə yamyaşıl otlar, göy çəmənlər və rəngarəng yarpaq və meyvələrlə bəzənmiş ağaclar gözlərə fərəh verir. M.Rzaquluzadə. Gözə gəlmək – 1) bax. gözə görsənmək (görünmək). Bulud qara, göy qara; Bu qaranlıq gecədə; Gözə gəlir göy qara. S.Vurğun; 2) vecinə gəlməmək, saymamaq; 3) bax. göz dəymək. Bu gecə sizə gəlləm; Pəncərənizə gəlləm; Üzərriyi götür, gəl; Yoxsa mən gözə gəlləm. (Bayatı). Gözə gətirmək – mövhumi təsəvvürə görə guya baxışı ilə ziyan vurmaq, bəlaya salmaq. Uşağı gözə gətirmək. Mal-qaranı gözə gətirmək. – [Qarı:] Eh, oğlumu gözə gətirdilər. S.Vəliyev. Gözə girmək – diqqəti özünə cəlb etməyə çalışmaq, həmişə göz qarşısında olmağa çalışmaq, özünü gözə soxmaq, özünü göstərmək. ..Mən gözə girmək üçün yox, vətənə xidmət etmək üçün çalışıram. Ə.Əbülhəsən. [Həbibə] bu fikrə gəlmişdi ki, nə qədər kefi saz olsa da, paltarını dəyişməsin, gözə girməsin. Mir Cəlal. Gözə görünmək (görsənmək, çarpmaq) – nəzərə çarpmaq, diqqəti cəlb etmək. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr aşkar idi. M.Hadi. [Hamamda] əvvəl gözə görünən divardakı su küpü idi. Çəmənzəminli. Gözə xoş görünmək (gəlmək) – xoşa gəlmək, bəyənilmək, xoşlanmaq. [Sila:] [Qız] güləndə də, qüssələnəndə də, düşünəndə də həmişə gözə xoş gəlir. S.Vəliyev. Gözə kül (torpaq) atmaq (səpmək, üfürmək) – aldatmaq, kələk gəlmək, hiylə işlətmək. Gözə sataşmaq – bax. gözə dəymək. Qabaqda oturan qız orada yenə Dursunun gözünə sataşdı. Ə.Əbülhəsən. Gözə soxmaq – diqqət mərkəzində qoymaq, diqqəti cəlb etmək, nəzəri cəlb etmək. İşini gözə soxmaq. – [Surxay Dövlət bəyə:] Zavod və milyonlarınızı da çox gözümə soxmayın. C.Cabbarlı. [C.Məmmədquluzadə] əsərlərini gözə soxmağı, özündən danışmağı sevməzdi. M.İbrahimov. Gözə torpaq tullamaq – bax. gözdən pərdə (əsgi) asmaq. Gözləri açıla qalmaq – heyran olmaq, heyrətdə qalmaq. Qızın gözəlliyi qarşısında gözləri açıla qaldı. Gözləri alacalanmaq – təəccüb, qorxu nəticəsində gözləri irilənmək, iri açılmaq. Alman öz süngüsü ilə onun zərbələrini dəf etməyə çalışaraq dal-dalı çəkilir və gözləri alacalanmış, gülünc bir ifadə ilə nə isə mırıldanır. İ.Əfəndiyev. Gözləri batmaq – bax. gözləri çuxura düşmək. Acından, soyuqdan çıxır donqarı; Batıb gözləri, rəngi olub sapsarı. Ə.Nəzmi; // zəifləmək, taqətdən düşmək. Şahsuvar tərəfə patron boşaltdı; Qüvvədən düşərək gözləri batdı. S.Vurğun. Gözləri böyümək – təəccübdən, heyrətdən, qorxudan gözlərini iri açmaq. Gözləri böyüdü sanki vəhşətdən; Qamaşdı o yüksək mədəniyyətdən. Şəhriyar. Gözləri hədəqəsindən çıxmaq – bax. gözü (gözləri) kəlləsinə çıxmaq. Boğazı qurumuş, dili qurumuş; Çıxmışdır gözləri hədəqəsindən. M.Müşfiq. Gözləri ilə süzmək – başdan-ayağa baxmaq, tamam nəzərdən keçirmək. Molla ikrah edirmiş kimi bir-iki addım geri çəkilib dayandı və əli ilə Kürdən əsən mehin oynatdığı ütülmüş saqqalını tumarlaya-tumarlaya gələnləri qıyıq gözləri ilə süzdü. İ.Şıxlı. Gözləri işıqlanmaq – bax. gözləri parıldamaq. Qızılı görən zindanbanın gözləri işıqlandı. “Qurbani”. Gözləri qan çanağına dönmək – gözlərinin içi qanla dolmaq, bərk qızarmaq. Ömər koxanın üzü tunc kimi bozardı. Qalın qaşları pırpızlandı və gözləri qan çanağına döndü. İ.Şıxlı. Gözləri quyuya düşmək – çox arıqlamaq, gözləri batmaq, çökəyə düşmək. Gözləri parıldamaq – üzündə sevinc görsənmək, fərəh içərisində olmaq. [Bədircahan:] ..Sənin söhbətin ortalığa düşəndə Züleyxa xanımın barmağını kəssən, xəbəri olmaz, elə üzü gülür, gözləri parıldayır... N.Vəzirov. Gözləri süzülmək – göz qapaqları xəfif-xəfif qapanmağa başlamaq, yuxu basmaq. Gözlərindən yuxu tökülmək – bərk yuxusu gəlmək, şiddətli şəkildə yuxulamaq istəmək. ..Gözlərindən yuxu tökülən Kosa alçaq .. çarpayıya tərəf yenərək .. ah çəkdi. S.Rəhimov. Gözlərinə qaranlıq çökmək, gözlərinin qabağı qaralmaq – bax. gözü (gözləri) qaralmaq. Gözlərini açmaq – 1) oyanmaq. Sabahı günü Cəlil ağa gözlərini açanda özünü bir qeyri aləmdə, bir qeyri mühitdə gördü. İ.Musabəyov. Rəngi qaçmış Afaq gözlərini açıb onu başı üzərində görərkən, ilk dəfə ana olmuş qadına məxsus bəxtiyar bir təbəssümlə gülümsədi. Ə.Məmmədxanlı; 2) ayıltmaq, başa salmaq, oyandırmaq. Cəmilənin sözləri [Mirzağanın] qapalı gözlərini açır, hansı mühit içərisində yaşadığını ona qandırırdı. S.Hüseyn; 3) başa düşmək, dərk etmək, ayılmaq. Mən gözlərimi açdıqda özümü belə zəngin bir təbiət içində gördüm. S.S.Axundov. Gözlərini ağzına dikmək – diqqətlə birinə qulaq asmaq, yaxud birinin nə deyəcəyini səbirsizliklə, diqqətlə gözləmək. Hamı gözlərini sədrin ağzına dikmişdi. – Məclisdə olanların hamısı gözlərini Hacı əminin ağzına dikmişdi. M.S.Ordubadi. Gözlərini dolandırmaq – ətrafa göz gəzdirmək, dörd tərəfini seyr etmək. Böyükxanım gözlərini dolandırıb, oğlanlarına baxıb daha da dilgir olurdu. M.S.Ordubadi. Həmzə gözlərini dolandırıb Şahmara tərs-tərs baxdı, rişxəndlə gülümsündü. B.Bayramov. Gözlərini dörd açmaq – həddindən artıq diqqətli olmaq, çox fikir vermək. Gözlərini oxşamaq – xoşlamaq, bəyənmək, gözünə xoş gəlmək. [Qumru] ..Hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı. Gözlərini sıxmaq – bax. gözünün qorasını sıxmaq. Üzünü aşağı tutub, gözlərini sıxdı. Mir Cəlal. Gözlərini süzmək – 1) göz qapaqlarını birbirinə yaxınlaşdıraraq heyran-heyran baxmaq. [Müəllim:] [Tələbə] mənim suallarıma cavab verəndə başını aşağı əyir, gözlərini süzür və ancaq: – Nə? – deyirdi. Qantəmir; 2) nazlanmaq, naz-qəmzə etmək. Sən ha Qurbaninin canın üzərsən! Qaş oynadıb gözlərini süzərsən. “Qurbani”. Gözlərinin ağı saralmaq – xəstələnmək, azarlamaq. ..İztirabdan bu gün üzün qaralıb; Gözlərin ağı sərbəsər saralıb. S.Ə.Şirvani. Gözlərinin içi gülmək – çox sevindiyi üzündəngözündən bilinmək. Gözü ac olmaq – tamahkar olmaq, heç şeydən gözü doymamaq, daim gözü bir şeydə olmaq. Gözü (gözləri) açılmaq – dərk etməyə başlamaq, ayılmaq, qəflət yuxusundan oyanmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı seçmək. [Zakirov Sədəfə:] [Şeyda] Göytəpədə çox yubandı, kim bilir, bəlkə orda gözü açıldı. Ə.Məmmədxanlı. Gözü (gözləri) ağara qalmaq – təəccübdən, qorxudan gözləri irilənmək, iri açılmaq, gözləri bərəlmək. Gözü (gözləri) ağarmaq – 1) gözü pərdə basıb kor olmaq, görməmək; 2) bir işi sona çatdırınca böyük əzab çəkmək, əziyyətə qatlaşmaq. [Telli:] Bir yandan ömrü gödəlmiş Heydərqulu ağa mənə göz verir, işıq vermir, elə fikrə düşür, elə qələt eləyir ki, it yesə gözü ağarar... N.Vəzirov. Gözü ağrımaq – məc. incimək, xoşu gəlməmək, zəhləsi getmək. Onu görəndə gözüm ağrıyır. Gözü (gözləri) axmaq – gözü (gözləri) yumulmaq, örtülmək. Mən hey göyə baxdım, göy mənə baxdı; Yollara baxmaqdan gözlərim axdı. Ə.Cavad. Pəncərədən ay baxır; Yenə gözlərin axır. N.Rəfibəyli. Gözü almaq – 1) öyrəşmək, bələd olmaq, alışmaq. Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilmirəm ki, onu iki-üç günün içində öyrədib faytona qoşa bilməyim. C.Məmmədquluzadə; 2) dan. qalib gələcəyinə inamı olmaq, özünə arxayın olmaq. Səni gözüm alıb, oyunu udacağam; 3) müxtəlif şeylərin içərisindən birini bəyənib, xoşlayıb seçmək. Güllü parçanı gözüm aldı. ...gözündə qalmaq – etdiyi arzu, xoş niyyət yerinə yetməmək, kamına çatmamaq. Muradı gözündə qalmaq. – Məktəbi qurtarmaq üzrə ikən Qəhrəmanın arzusu gözündə qaldı. S.Rəhimov. ...gözündə qoymaq – arzusunu, niyyətini yerinə yetirməmək, şad etməmək, sevindirməmək. Oğul anasının arzusunu gözündə qoydu. – [Gülsənəm:] Tahir, mənim muradımı niyə gözümdə qoymusan? M.Hüseyn. Gözü (gözləri) ayağının altını görməmək – qürrələnmək, qudurmaq, heç kəsi saymamaq. Gözü bağlanmaq (örtülmək) – heç bir şeyi görməmək, başa düşməmək, fərqinə varmamaq, anlamamaq. [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə; təmiz adını, sanını itiribsən. M.F.Axundzadə. Gözü (gözləri) böyümək – təəccüb etmək, heyrətlənmək. Dürrənin gözləri daha da böyüdü.. S.Vəliyev. Gözü çıxmış, gözün çıxsın! (tökülsün) – “kor olasan”, “görməyəsən” mənasında qarğış ifadəsi. Ustadlar ustadnaməni iki deməyib, üç deyər, biz də deyək üç olsun, yağıların gözü tökülsün. “Qurbani”. Çıxaydı kaş gözüm, görməyəydi hicranın. X.Natəvan. Gözü (gözləri) dikilmək (dikilib qalmaq) – birinə baxıb durmaq, gözünü ayırmamaq, baxa-baxa qalmaq. Yuxusu da gecələr uçub ərşə çəkildi; Sübhə qədər gözləri şam çırağa dikildi. B.Vahabzadə. M.Hüseyn. Gözü (gözləri) dolmaq (doluxsunmaq) – ağlamaq dərəcəsinə gəlmək, gözləri yaşla dolmaq. Sanki boğmaq istər göz yaşı seli; Qəribin gözləri dolar axşamlar. Ə.Cavad. İndi isə [Nərgizin] anasının gözləri dolmuşdu. Ə.Məmmədxanlı. Sevincindən Dürrənin gözləri doluxsundu. S.Vəliyev. Gözü doymamaq – 1) həris olmaq, tamahkarlıq eləmək, hər şeydə gözü qalmaq. Gözüm doymaz sənin kimi canandan; Cananın itirən tez olar candan. “Qurbani”. Ələsgər heç çıxmaz qəm libasından; Gözü doymaz gözün təmənnasından. Aşıq Ələsgər; 2) acgözlük eləmək, gözü yemək dalınca qalmaq. Acın qarnı doyar, gözü doymaz. (Ata. sözü); 3) arzusuna, məramına axıra qədər çatmamaq. Gözü (gözləri) dörd olmaq – diqqətlə baxmaq, nəzərdən keçirmək. Üzüyümü itirmişəm, gözüm dörd olub. – Hər yana baş vurur, gözü dörd olur; Özgənin sevinci ona dərd olur. S.Rüstəm. Gözü dumanlanmaq – hirsindən, qəzəbindən gözü heç bir şey görməmək. Gözü dumanlandı, nitqi tutuldu; Görüncə süzülən o baxışları. B.Vahabzadə. Gözü düşmək – 1) görüb aşiq olmaq, vurulmaq, sevmək. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. [Asya:] Aha, bildim, arşınmalçıya gözün düşübdür. Ü.Hacıbəyov. Bəy, qonşunun qızına gözüm düşüb. Ə.Haqverdiyev; 2) birdən görmək, gözünə dəymək, gözü sataşmaq. Qonşu otağa gözüm düşdü. – Bağrım şan-şan olur zənbur evitək; Gözüm ki sən gəzən otağa düşər. Q.Zakir. Gözü gəzmək – 1) axtarmaq; 2) hər tərəfə baxmaq, hər yeri nəzərdən keçirmək. Kənkanın gözü dörd tərəfi gəzdi. S.Rəhimov. Gözü götürməmək – birinə darılmaq, paxıllıq etmək, qibtə etmək. [Səməd bəy:] Rejissorun Oqtayı gözü götürmür, gəlib ona rəqib olacağından qorxur. C.Cabbarlı. Gözü gözündən uzaq – ayrı düşmüş, aralı. Çıxmaz yadımızdan, çıxmaz yaradan; Gözü gözümüzdən uzaq olsa da! H.Arif. Gözü (gözləri) gülmək – fərəh içərisində olmaq, məmnunluq, sevinc izhar etmək, şad olmaq. Zəhra və Həsən minnətdarlıqla [Firuzəyə] baxanda gözləri gülürdü. M.İbrahimov. Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri. N.Rəfibəyli. Gözü (gözləri) heç bir şey görməmək – hissə qapılıb hər şeyi unutmaq, heç bir şey gözündə olmamaq. Gözü ilə görən – şahid. Gözü ilə görmək – bir işin, hadisənin şahidi olmaq. [Xortdan:] Gözümlə görəndən sonra məndə şəkk yeri qalmadı. Ə.Haqverdiyev. ..Bunları gözümlə görmüşəm .. Mir Cəlal. Gözü ilə (də) görmək istəməmək – zəhləsi getmək, heç üzünə baxmaq istəməmək. Çünki onun sevdiyi Şəfiqə Lütfəlini gözü ilə də görmək istəmirdi. İ.Musabəyov. Gözü ilə yemək – bütün diqqəti ilə baxmaq, dik-dik baxmaq. Oturduğu yerdə [Tükəzban] istəyirdi ki, kağızın hərflərini gözü ilə yesin. B.Talıblı. Gözü işləməmək – görməmək, gözü zəifləşmək. [Kərəm:] Qocalıbsan, daha gözün işləmir. “Əsli və Kərəm”. Gözü (gözləri) kəlləsinə çıxmaq – bərk hirslənmək, qəzəblənmək; 2) həddindən artıq təəccüblənmək, heyrətlənmək. Gözü kimi – çox əziz, çox qiymətli. Gözü-könlü açılmaq – şadlanmaq, sevinmək, ürəyi açılmaq, könlü açılmaq, fərəhlənmək. Gəzməyə çıx, gözün-könlün açılsın. Gözü (gözləri) qabağında (qarşısında, önündə) durmaq (olmaq, dikəlmək, canlanmaq) – xatirindən çıxmamaq, həmişə yadında olmaq. Onun gözləri önündə iki həyat, iki tale canlanırdı. M.Rzaquluzadə. Yaşıl budaqları ilə ətrafı bürüyən bir ağac gözü qarşısında canlandı. S.Vəliyev. Təmkinlə, ürəklə danışır qonaq; Durur göz önündə o ana torpaq. B.Vahabzadə. Gözü qalmaq – 1) gördüyü bir şeyin həsrətində olmaq, həsrətini çəkmək, əldə etmək arzusunda olmaq. Paltoluq parçada gözüm qaldı. – Gözüm qaldı kirpiyində, qaşında; Qul et, durum qolubağlı qarşında. Aşıq Ələsgər; 2) baxa-baxa durmaq, gözünü çəkməmək, nəzərini ayırmamaq, bir şeyin xoş təsirindən qurtara bilməmək. Gözü qızın üzündə qalıb. Gözü (gözləri) qamaşmaq – parıltıdan, şəfəqdən bir şeyə baxa bilməmək. Brilyantlar gözü qamaşdırır. – Elə isə bəs neçin; Baxırkən bu şeylərə; Qamaşdı gözlərin? B.Vahabzadə. Gözü (gözləri) qaralmaq – 1) halı pisləşmək, başı fırlanmaq, bayğınlıq halına gəlmək. [Xortdan:] Gözlərim qaraldı, başım gicəlləndi. Ə.Haqverdiyev. [İlyas:] ..Başıma endirilən qılınc zərbəsindən gözlərim qaralır, mən üzüstə Tərlanın boynuna yıxılıram. Ə.Məmmədxanlı. [Cəlalın] .. gözləri qaralır, ətraf başına fırlanırdı.. S.Vəliyev; 2) dəhşətə gəlmək, qorxmaq. Pələngdən elə bir nərilti qopdu ki, səsindən dağ-daş titrədi, gözlərim qaraldı. A.Şaiq. Gah elə enir ki, gözüm qaralır; Gah elə qalxır ki, dözməyir ürək. H.Arif. Gözü qayıtmamaq – bax. gözü doymamaq. Qayıtmaq istəməz gözüm gözəldən; Qayğımı artıran, dərdim təzəldən. “Qurbani”. Gözü qızmaq (qızarmaq) – hirsindən, qəzəbindən heç kəsi gözü görməmək, bərk coşmaq, həddindən artıq qızışmaq. Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcıdıb qızardı gözü. M.S.Ordubadi. Gözüm qızdı, dedim: – Mənə Xoruzoğlu deyərlər. S.Rəhimov. Gözü qorxmaq – acı təcrübədən sonra ehtiyatla hərəkət etmək, bir zərər, bədbəxtlik ola biləcəyini yadda saxlamaq. Gözüm qorxub, dənizdə çimə bilmərəm. Gözü (gözün) olmaq – muğayat olmaq, qorumaq, nəzarət etmək. [Zeynal:] Uşaqlarda gözün olsun! S.Hüseyn. [Dilara:] Tapşırdım, gözü onda olsun. Ə.Məmmədxanlı. Gözü (gözləri) önünə (qabağına) gəlmək – təsəvvüründə canlanmaq, yadına düşmək. ..Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov. Gözü örtülmək – ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq, bəsirətini itirmək. [Ziba xanım:] Sənin gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. M.F.Axundzadə. Gözü (gözləri) pərdələnmək – bax. gözü (gözləri) qızmaq. [Ceyniz:] Hirsdən ikisinin də gözləri pərdələnib bir-birinə hücum etməyə başladılar. Çəmənzəminli. Gözü (gözləri) pər-pər çalmaq – bax. gözləri parıldamaq. Gözü (gözləri) sataşmaq (ilişmək) – birdən görmək. Huş başımdan çaşdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü. Aşıq Ələsgər. [Bəypolad:] ..Gözlərim bağçanı şənlədən çiçəklərə ilişdi. H.Cavid. Nərgiz kəskin bir hərəkətlə geri döndü, gözləri Nərminə xalamın gözlərinə sataşdı. Ə.Məmmədxanlı. Gözü seçməmək – zəif görmək, çətinliklə ayırd etmək, yaxşı görməmək, görə bilməmək. [Qoca:] Ay uşaq, gözüm seçmir, bir görün o gələn atlı kimdir? İ.Əfəndiyev. Gözü su içməmək – inanmamaq, etibar etməmək, şübhə etmək. Arvadı bundan soruşdu ki, ustalar nə istəyirlər, .. cavab verdi ki, ustalardan gözü su içmir. C.Məmmədquluzadə. [Aslan bəy:] Mənəf, axır sənin bu oğlundan heç mənim gözüm su içmir. Ə.Haqverdiyev. Gözü (gözləri) süzülmək – 1) göz qapaqları qapanmağa başlamaq, yuxusu gəlmək. Əsgərin .. gözləri süzülürdü. Ə.Əbülhəsən. [Fəridə Qurbana:] Qurban dayı, [çağanın] gözləri süzülür, deyəsən, yatacaq.. Ə.Məmmədxanlı; 2) xumarlanmaq, gözləri yarıqapalı bir vəziyyətə gəlmək. Gözləri süzüldü, canım üzüldü; Vurubdur sinəmə yara qaşların. Aşıq Ələsgər. Gözü tox olmaq – heç bir şeydə gözü olmamaq, nəfsi az olmaq. Könlü açıq, gözü toxdu Şəmşirin; Oynasın taleyi, bəxti Şəmşirin. Aşıq Şəmşir. Gözü tutmaq – xoşlamaq, bəyənmək, sevmək, aşiq olmaq. [Səriyyə:] Mənim ürəyim [Rüstəmi] sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm.. C.Cabbarlı. ...gözü uçmaq – birini görməyə çox can atmaq, şiddətli arzu hiss etmək (bəzən də bu ifadə istehza kimi “şəni görməyə çox gözüm uçurdu” şəklində işlənir). Gözü üstündə olmaq – daim nəzarət etmək, himayə etmək, qayğısına qalmaq. [Mayor Cavanşir bəyə:] Harda olsam, gözüm sizin üstünüzdə olacaq. Ə.Məmmədxanlı. Gözü (gözləri) yaşarmaq (yaşla dolmaq) – ağlamağa başlamaq. Cavan komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Ə.Haqverdiyev. Zəhra analarını itirmiş on üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək, ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. Şiddətli qamçıdan Bahadırın gözləri yaşardı.. M.Hüseyn. Gözü (gözləri) yol çəkmək – 1) gözləri bir nöqtəyə zillənib qalmaq; 2) gözü yolda olmaq, gözləmək. Görürəm eşqinlə gözü yol çəkən; Dağlar pərisini, dağlar qızını. S.Vurğun. Dörd il vardı, ananın gözləri yol çəkirdi; Başqa bir fikri yoxdu, oğul fikriydi dərdi. S.Rüstəm. Gözü (gözləri) yolda (yollarda) qalmaq – sevilən, əzizlənən bir adamın yolunu gözləmək, intizarında qalmaq. Göz qalar yollarda, can intizarda; Gəlmədi canandan bir xəbər mənə. Q.Zakir. Gözü (gözləri) yollara baxmaq – bax. gözü (gözləri) yolda qalmaq. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir. Gözü (gözləri) yumulmaq – yatmaq istəmək. [Mozalanbəy:] Mənim gözüm yumulur və mürgüləyirəm. Ə.Haqverdiyev. Gözümün (gözünün) işığı (nuru) – sevgi, riqqət, əzizləmə ifadəsi. [Qərib:] Ey mənim gözümün işığı, qəlbimin soltanı, gedirsən nədir? “Aşıq Qərib”. [Məsud:] Gözünün işığı, yeganə ümidi bir qızcığazı var idi, o da əlindən getdi. H.Cavid. [Nisə xala:] Ay gözümün işığı, ürəyimin tabı. Mir Cəlal. Gözün (gözlərin) aydın (olsun)! – gözaydınlığı, təbrik ifadəsi. Gözün aydın olsun, könlün olsun şad. Aşıq Ələsgər. Mən xalama dedim: – Xalacan, gözün aydın olsun, sabah Yaqutun toyudur. Ə.Məmmədxanlı. Gözündə canlanmaq – xatirinə gəlmək, yadına düşmək. Keçmiş günlər gözümdə canlanır. – ..Sirkan, kolları basmış meydança gözümdə canlanır. M.İbrahimov. Gözündə qaldırmaq – etibarını daha da artırmaq, hörmətini daha da çoxaltmaq. [Bu iş] Veysi bir neçə saat ərzində tanımayanların da, tanıyanların da gözündə çox qaldırmışdı. Ə.Əbülhəsən. ...gözündə böyümək, yüksəlmək – hörməti artmaq, dərəcəsi yüksəlmək, qiymətlənmək, etibar qazanmaq. Bizi tanış etdilər, çox xoşuma gəldi qız; İncə gülüşlərilə gözümdə yüksəldi qız. S.Rüstəm. Qasım indi Ələşrəfin gözündə böyüdü, yüksəldi. Mir Cəlal. Gözündə olmamaq – müəyyən səbəblərə görə ürək sıxıntısı, rahatsızlıq duymaq, gözündən düşmək (adətən “gözümdə deyil” şəklində işlənir). Ev-eşik gözümdə deyil. Gözündən batmaq – 1) qurumaq, su çıxmamaq (çeşmə və s. haqqında). Bulaq gözündən batıb; 2) məhv olmaq, bərbad olmaq, heç-puç olmaq. İşlərim gözündən batdı. Gözündən düşmək – daha maraqlanmamaq, bir şeyə qarşı marağını itirmək ..Dünya gözümdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı? A.Divanbəyoğlu. Gözündən gəlsin! – nankor adama qarğış ifadəsi. [Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin. Ə.Haqverdiyev. Gözündən itmək – heç bir şey görməmək, hiss etməmək. Qaraca qız [qonaqlıqda oynarkən] elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. S.S.Axundov. Gözündən kənara qoymamaq – öz yanında saxlamaq, daim nəzarəti altında saxlamaq. İndi o gündən Paşa Telli xanımı öz yanına köçürüb gözündən kənara qoymur. “Koroğlu”. Gözündən qaçmamaq – hər şeyi görmək, duymaq, hər işə fikir verib bilmək, diqqətli olmaq. Gözündən heç nə qaçmır. – [Səlimin] bu hərəkəti ustanın gözündən qaçmadı. Y.Əzimzadə. Gözündən od tökmək – yanıqlı-yanıqlı ağlamaq. [Nəbi:] Bu gün bizim Güllü gəlib mənim yanıma, ağlayır, gözündən od tökür. Ə.Haqverdiyev. Gözündən od tökülmək – 1) zirək, diribaş adam haqqında; 2) bərk hirsli olmaq, üz-gözündən qəzəb yağmaq. Məmmədhüseyn əhvalatı eşitmişdi. Darvazadan girəndə gözündən od tökülürdü. Mir Cəlal. Gözündən (gözündə, gözlərindən) oxumaq – gözlərinin ifadəsindən bilmək, sezmək. Ürəyindən keçənləri gözlərindən oxumaq. – [Kərim babanın] keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərindən oxumaq olurdu. A.Şaiq. Gözündən tökmək – nəşəsini pozmaq, zövqünü korlamaq, haram eləmək, burnundan tökmək. O meyi-nab ki, vəslində səninlə içdim; Qan edib tökdü gözümdən ələmi-hicranın. S.Ə.Şirvani. Gözündən tük də yayınmaz – son dərəcə ayıqsayıq adam haqqında. Səlbinin gözündən tük də yayınmazdı. Ə.Vəliyev. Gözündən uzaqda (olmaq) – ailədən kənar yaşamaq, aralı olmaq, yad yerdə yaşamaq, qürbətə, yad ölkəyə düşmək. [Cavanşir] Göy atı .. atı ilxıya qatıb, gözündən uzaq etmək istədi. İ.Şıxlı. Gözündən yağmaq – bilinmək, hiss edilmək, görünmək. Zəhra! Nə qədər də qocalıb fağır; Üzündən-gözündən kasıblıq yağır. B.Vahabzadə. Gözünə ağ salmaq – əzab vermək, əziyyət vermək, incitmək. ...gözünə almaq – əvvəlcədən baş verəcək hadisəni, işi, fəlakəti duymaq, hiss etmək, nəzərdə tutmaq. Ölümünü gözünə almaq. – Artıq hər bir şeyi gözünə almış Odunçuoğlu yenə bayaqkı sakit səslə cavab verdi.. Ə.Məmmədxanlı. Gözünə batmaq (girmək) – 1) daim görünmək, göz qabağında olmaq. Hər gün küçələrdə .. gözümüzə batan qorodovoy və qazaqlardan əsər yox idi. A.Şaiq; 2) qibtə oyatmaq, həsəd oyatmaq. Elə bil gözünə batıram. Gözünə çökmək – basmaq, qaplamaq, tutmaq. Gözünə qüssə çökmək. – Əjdərin gözünə çökmüşdü duman; Qurbanın üzündə qalmamışdı qan. H.K.Sanılı. Gözünə dəymək (ilişmək, sataşmaq) – görünmək, rastlaşmaq. [Xanhüseyn:] Nəbi dünəndən bəri gözümə dəymir. “Qaçaq Nəbi”. Dəydi gözlərinə ağappaq divar; Elə bil başında ildırım çaxdı. B.Vahabzadə. Gözünə döndüyüm – birisinin işini, ya hərəkətini bəyəndikdə işlənən tərif ifadəsi. [Firidun bəy:] Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. Ə.Haqverdiyev. Gözünə dönüm! – nəvaziş, alqış yaxud nəvazişli xahiş bildirən ifadə. Gözünə dönüm, bir də oxu! – [Hacı Əhməd Şərifə:] Ay bərəkallah, ay gözünə dönüm! C.Cabbarlı. Gözünə dönüm, göy ürgə, qaşqa daya ancaq sən çata bilərsən. İ.Əfəndiyev. Gözünə durmaq – çətin görünmək, çətinlik çəkmək, ağır gəlmək. Qardaşı arvadı ilə özünü danışmağa məcbur etmək indi Qumrunun lap gözünə dururdu. Ə.Əbülhəsən. Elə birinci stəkandan hala gəlmiş bu arıq, cılız oğlanın ikinci stəkan lap gözünə durdu. İ.Şıxlı. Gözünə dursun! – bax. gözündən gəlsin! [Ağa Kərimxan:] Əməyim gözünə dursun, Leyla, bu nə işdir, bu nə müsibətdir.. N.Vəzirov. Gözünə gəlməmək (görünməmək, girməmək) – vecinə gəlməmək, təsir etməmək. Dünya üzü sərbəsər əgər hur olsun; Görməz gözümə yüz gözü məxmur olsun. S.Ə.Şirvani. Gözünə görünmək (görsənmək) – 1) görmək, bəlli olmaq. [Xəlilin] ağzından buraxdığı mavi halqaların arasından gözünə bir çox qadın simaları göründü. Çəmənzəminli. [Səkinə Rüstəmə:] Ay kişi, gözümə bir təhər dəyirsən. M.İbrahimov; 2) mövcud olmadığı halda görünmək, təsəvvür edilmək. Gözünə görünməmək – hiss edilməmək, duyulmamaq. Pulunu az-az ver, gözünə görünməsin. – [Səlim:] Bunun əkiz-tayından .. sənə mənzil alanda heç izafilik .. gözünə görünmürdü, Ədhəm ağa! B.Bayramov. Gözünə xoş görünmək – ilk baxışda xoşuna gəlmək, bəyənmək. Parça gözümə xoş göründü. – [Siçan balası] pişiyi gördü, oxşayır özünə: Xoş göründü pişik onun gözünə. S.Ə.Şirvani. Gözünə (gözlərinə) inanmamaq – 1) gördüyünə inanmamaq. Gülsənəm arvadın fikrincə Tahir .. görəndə heç gözlərinə inanmayacaqdı. M.Hüseyn; 2) təsəvvürə gəlməz bir iş qarşısında təəccüblənmək, çaşmaq. Vəziyyəti gördükdə gözlərimə inanmadım. – Onun bağçasında elə qəribə meyvə ağacları var ki, adam görəndə gözlərinə inanmır. M.Rzaquluzadə. Gözünə işıq gəlmək – canlanmaq, dirçəlmək. Çörəyi yedim, gözümə işıq gəldi. – Ədhəmin gözünə işıq gəldi.. B.Bayramov. Gözünə işıq vermək – dirçəltmək, canlatmaq, həyat vermək. Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi; Sinəndən doğan ulduzu; Gözümə işıq verdi. (Bayatı). Gözünə kölgə çökmək – arıqlamaq, zəifləmək, gözləri batmaq, çökmək, çuxura düşmək. Gözünə (gözlərinə) qan sızılmaq – bax. gözü (gözləri) qan çanağına dönmək. [Pəri:] Hirsindən ovçunun gözlərinə qan sızılmışdı. Ə.Məmmədxanlı. Gözünə (gözlərinə) qaranlıq çökmək – bax. gözü (gözləri) qaralmaq. Gözünə qoymağa ... verməmək – ən kiçik; ən cüzi miqdarla bir şeyi qıymamaq. Gözünə pərdə çəkmək – cəhalətdə saxlamaq, qəflətdə saxlamaq. Gözünə pərdə gəlmək – kor olmaq, gözü görməmək. Bozdar qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Gözünə pərdə salmaq (tutmaq, çəkmək) – bax. gözdən pərdə (əski) asmaq. Gözünə sataşmaq (dəymək) – görünmək. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı. Ə.Haqverdiyev. Qabaqda oturan qız arada yenə Dursunun gözünə sataşdı. Ə.Əbülhəsən. ..Bir əsgər mənim gözümə sataşdı. Mir Cəlal. Gözünə soxmaq – 1) qabacasına göstərmək; 2) acgözlüklə yemək. Yeməyi gözünə soxurdu. Gözünə su vermək – ibrət götürmək, ibrət almaq. Gözünə təpmək – bax. gözünə soxmaq 2-ci mənada. Çörəyi gözünə təpirdi. Gözünə yuxu (çimir) gəlməmək (getməmək) – yata bilməmək, yatmamaq, qəti gözünü yummamaq; narahat olmaq. Gəldim, soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Ə.Haqverdiyev. [Tükəzban:] Anası ölmüş, ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir. M.Hüseyn. Səhər ulduzlar sönənə qədər gözümə yuxu getmirdi. Ə.Məmmədxanlı. Gözünü (gözlərini) açmaq – 1) bax. göz açmaq. O açmağa başlayıb bu dünyaya gözünü. B.Vahabzadə; 2) ayıltmaq, başa salmaq, bilmədiyini öyrətmək. Mart ayının 2-də olan nümayiş fəhlə sinfinin gözünü açdı. M.S.Ordubadi. Bu silah gözləri açan, insanlara həqiqəti göstərən bir silahdır. M.Rzaquluzadə; 3) özünə gəlmək, ayılmaq. Körpə uşaq indi də başının ağrısından gözünü aça bilmir. B.Bayramov; 4) xilas olmaq, başı ayılmaq (açılmaq). İşin əlindən gözünü aça bilmir; 5) diqqət etmək, fikir vermək. Gözünü aç, yaxşı bax! Gözünü ağartmaq – təhdid etmək, hədələmək, qorxutmaq. [Kazım Kərbəlayıya:] Niyə gözünü ağardırsan? Səndən qorxan yoxdur. Çəmənzəminli. [Gülpəri arvad] Sadıq kişinin qırışmış yanaqlarına .. baxıb gözünü ağartdı. M.Hüseyn. [Adil:] Atam məramımı başa düşüb gözünü ağartdı. B.Bayramov. Gözünü almaq – özündən qorxutmaq, çəkinməyə məcbur etmək. Gözünü (gözlərini) ayırmamaq – diqqətlə, gözünü ayırmadan bir şeyə baxmaq. Uşaq gözlərini xalçadan ayırmayıb, yavaş səslə bacısından soruşdu.. Ə.Məmmədxanlı. Gözünü (gözlərini) bağlamaq – qəsdən başa düşməyə, ayılmağa qoymamaq, qəflətdə, cəhalətdə saxlamaq. [Bəhram:] Mənim gözlərimi bağladı. C.Cabbarlı. Gözünü (gözlərini) bərəltmək – bax. gözünü ağartmaq. Hesabdar bəzi adamların adlarının qabağını boş görüb çeşməyinin altından gözünü bərəltdi. B.Bayramov. Gözünü (gözlərini) çəkməmək – uzun müddət baxmaq, davamlı baxışlarla süzmək, gözünü götürməmək. Xanım bir yerdə durdumu, Həmzə bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi. Çəmənzəminli. Gözünü (gözlərini) çıxartmaq – 1) kor etmək. Həmi yandırdı saqqalın, həm üzün; Alov az qaldı ki, çıxarda gözün. S.Ə.Şirvani; 2) birinin paxıllığına səbəb olmaq, qibtə hissi doğurmaq, həsədinə səbəb olmaq. Mənim çörəkli olmağım bir para adamın gözünü çıxardır. Ə.Əbülhəsən; 3) isteh. bir şeyin yaxşısı qaldığı və ya olduğu halda pisindən yapışmaq, pisini almaq. Bazarın gözünü çıxarmısan. Gözünü (gözlərini) dikmək – 1) gözünü ayırmadan baxmaq. – [Molla Həmid] gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə tikyə verib, cavab verir. M.F.Axundzadə. Osman gözlərini dikmişdi yerə. H.K.Sanılı. Şiraslan gözlərini .. [Turşsu bulağına] dikdi. S.Rəhimov; 2) ümid bağlamaq. Gözünü böyük oğluna dikmək. – [Səadət xanım:] Beş il gözlərimi dikmişəm onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. N.Vəzirov. [Cəmaləddin:] Xaricilər vəhşi pələnglər kimi dişlərini qıcıdıb, gözlərini islam məmləkətlərinə dikiblər. C.Cabbarlı. Gözünü dörd açmaq (eləmək) – çox diqqətli olmaq, özünü ayıq saxlamaq. Gözünü (gözlərini) döymək (döyəcləmək) – heyrətlə baxmaq, mat-mat baxmaq, məəttəl qalmaq, heç bir şey anlamadan baxmaq. Hər ikisi .. gözlərini döyürdülər. M.S.Ordubadi. Qulam dayı isə bu əhvalatdan heç nə anlamayıb gözlərini döyür.. M.Hüseyn. Xəstə uşaq gözlərini döyəcləyib həkimin üzünə baxdı və heç bir söz demədi. Q.İlkin. Gözünü (gözlərini) götürməmək – daim baxmaq, gözlərini ayırmamaq. Qızı görən kimi [oğlan] gözlərini qızdan götürə bilmədi.. E.Sultanov. Gözünü (gözlərini) qan tutmaq (bürümək) – qan tökməyə hazır olmaq, qan tökəcək dərəcədə hirslənmək. Gözünü qorxutmaq (qorxuzmaq) – bax. gözünü almaq. [Mərcan bəy:] Cürətim gəlməyir, [Minnətxanım] gözümü bərk qorxuzub. Ü.Hacıbəyov. [Yusif Səmədə:] Deyəsən, arvad gözünü qorxudub. İ.Hüseynov. Gözünü oğurlamaq – birisinin diqqətini başqa şeyə cəlb edərək öz işini görmək, yayındırmaq. Beləcə anamın gözünü oğurlayıb, .. dörd nəfər yaralı çıxarıb gətirdim. Ə.Əbülhəsən. Gözünü yerə dikmək – aşağı baxmaq, başını aşağı salmaq. Gözünü yerə dikib durmaq. Gözünü (gözlərini) yollara dikmək – həsrətlə yol gözləmək, intizar çəkmək, yol gözləmək. Görməyə didarını hərdəm çəkər çox intizar; Gözlərini dikmiş, baxır yollara, gördüm Vaqifi. M.P.Vaqif. Gözünü (gözlərini) yollardan çəkməmək – bax. gözünü (gözlərini) yollara dikmək. [Musa:] Dərdlilər yollardan gözünü çəkməz; Haray, bu hicranın əlindən, haray! S.Rüstəm. Gözünü yuxuya vermək – 1) yatmaq, yuxulamaq. Səhərə yaxın gözümü yuxuya verdim; 2) kələk gəlmək, aldatmaq. Gözünü (gözlərini) yummaq – 1) ölmək. Neçə gündür ki, Azərbaycan .. poeziyasının böyük nəğməkarı, onun öncül bayraqdarı Səməd Vurğun öz şahin gözlərini yummuşdur. S.Rəhimov; 2) yatmaq. Vəfalı Hüsniyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. S.S.Axundov; 3) hər şeyə qarşı laqeyd olmaq, heç bir şeyə fikir verməmək, soyuqqanlılıq göstərmək, əhəmiyyət verməmək. [Kərimqulu:] Gərək biz də gözümüzü yumub, özümüzü götürüb o uçurumdan dik başıaşağı ataq, eləmi? S.Rəhimov. Gözünü (gözlərini) zilləmək – gözünü bir nöqtəyə, bir yerə dikib baxmaq. Səlim gözlərini [Mehribanın] gözlərinə zilləmişdi. S.Hüseyn. Bəxtiyar tüfəngi doldurub qalxdı; Zilləyib gözünü bir az da baxdı. S.Vurğun. Əlindəki kağıza zilləyərək gözünü; Həyatında bəlkə də o ilk dəfə özünü; Xoşbəxt sanırdı bu gün. B.Vahabzadə. Gözünün acısını almaq – azacıq yatmaq, bir qədər yatıb dincəlmək. Gözlərinin acısını alan Nəbi gün yağlanmamışdan durur, həndəvərə göz gəzdirir. S.Rəhimov. Gözünün acısını çıxartmaq – yatıb yorğunluğunu rəf etmək, yatıb dincəlmək. Gözünün ağı-qarası – ailənin bircə övladı, tək uşağı olduqda işlənir. Ananın gözünün ağı-qarası bircə qızı var. – [Şah:] Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var. Ü.Hacıbəyov. [Odabaşı:] Bunun gözünün ağı-qarası Fərman adında bircə oğlu var idi. Ə.Haqverdiyev. Sən mehriban ananın ürəyinin parası, gözünün ağ-qarası; Tək oğlusan, əzizim! Ə.Cəmil. Gözünün altına almaq – baş verəcək bir iş və ya hadisəni gözləmək, buna hazır olmaq. ..Başımı Ruqiyyənin döşünə qoyub ölümümü gözümün altına aldım. A.Divanbəyoğlu. Gözünün altınca baxmaq – bax. göz altından baxmaq. [Kərbəlayı Qulu] gözünün altınca dəlləyə baxıb yenə başını aşağı saldı. Çəmənzəminli. Gözünün düşməni – birinin sevmədiyi, xoşuna gəlmədiyi, düşmən kimi baxdığı adam haqqında. Gözünün içinə baxmaq – 1) əmri yerinə yetirməyə hazır durmaq; 2) bir istəyin, arzunun yerinə yetirilməsi üçün gözləri ilə yalvarırcasına baxmaq. Gözünün içinə demək – söhbəti gedən adamın iştirakından çəkinməyərək nöqsanını və ya başqa bir şeyi arxasınca deyil, üzünə demək. [Əsgər:] ..Budur bax, düz gözünün içinə deyirəm: – Oxumur.. N.Vəzirov. [Bəkir:] Sən mənim nöqsanlarımı gözümün içinə demədin. İ.Hüseynov. Gözünün içinə qədər – lap, tamamilə. Gözünün içinə qədər yalan deyir. Gözünün kökü saralmaq – gözləməkdən yorulmaq, usanmaq, çox gözləmək. [Koroğlu:] [Dəliləri] gözləməkdən gözümüzün kökü saraldı. “Koroğlu”. Gözünün qabağında dayanmaq (olmaq) – bax. gözü (gözləri) qabağında (qarşısında) durmaq (canlanmaq). [Mürşüd Sənubərə:] Sənin taleyini düşünəndə o, həmişə gözümün qabağında dayanır. B.Bayramov. Gözünün qorasını sıxmaq (tökmək) – ağlamaq. Püstə xanım da [Səlimnaz arvadın] təsirinə düşüb gözünün qorasını sıxdı. M.Hüseyn. Gözünün qurdu ölmək – ehtiyacı qismən təmin olunmaq; doymaq. Əvvəlcə verin çörəyi, acqarına işləyən zalım oğlunun gözünün qurdu ölsün. M.Hüseyn. Gözünün qurdunu öldürmək – ehtiyacını azca da olsa təmin etmək (yeməklə). Gözünün quyruğu (ucu) ilə baxmaq – hiss etdirməmək üçün altdan-altdan, gözucu baxmaq. [Dərviş:] ..Başımı aşağı salıb, .. gözümün quyruğu ilə o tərəfə baxdım. A.Divanbəyoğlu. Gözünün quyruğu (ucu) ilə baxmamaq – etina etməmək, saymamaq. O heç gözünün ucu ilə də baxmadı. M.Rzaquluzadə. Gözünün odunu almaq – qabaqcadan bir şeylə qorxutmaq. ..Leylək bəri başdan qoltuqçunun gözünün odunu almaq, malı ucuz satmaq istədi. S.Rəhimov. Gözünün üstündə qaşın var deməmək – heç bir söz deməmək, kefinə, xətrinə dəyməmək, hər cür qüsurunun üstündən keçmək. İndiyə qədər ona gözünün üstündə qaşın var deyən olmayıb. Gözünün zılığını axıtmaq – bax. gözünün qorasını sıxmaq. ...gözü (gözüm) atır – istehza kimi işlənən ifadə. Çox səni görməyə gözüm atır. ...gözüm (gözün, gözü) var(dı) – istəyirəm (istəyirsən, istəyir), sevirəm (sevirsən, sevir). [Rəşidin] ..həqiqət halda Mehribanda gözü vardı. S.Hüseyn. Veysin Minayədə gözü vardı. Ə.Əbülhəsən.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

göz

çekmece, göz

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

göz

at. 1. Görüş agzasy we görejiň özi, garak. 2. Agajyň ösmän galan ýa-da kesilen şahasynda galan ösüntgi yzy. Timarlaýan pürsümiziň gözi kän eken. 3. Iňňä we ş.m. sapak ötürilýän deşik. Bu eriş temeniň gözünden geçmez. 4. Tüpeňiň ok salynýan ýeri. 5. Daglyk ýerlerde suwuň çykýan ýeri, çeşmäniň gözbaşy. Çeşmäniň gözi gömlüpdir. 6. Penjiräniň, äýnegiň aýna salynýan bölegi. Äpişgäniň gözi. Äýnegiň gözi. 7. Horjunyň zat salynýan ýeri, stoluň çekeri, tahyly we ş.m. Ol dulda duran çuwaldan iki çanak un alyp, horjunynyň çep gözüne gapgardy (G. Kulyýew).
 ‣ Göz açmak deşik açylmak. Çyban göz açansoň, ýaranyň azary gowşady. Göz açyp-ýumasy salym tiz wagtyň içinde, derrew, sähelçe wagtyň dowamynda. Göz agyrysy ýaly bolup islenmedik ýere barmak, gerek däl ýere sokjarylyp gelmek, halanmaýan ýeriňde görünmek. Göz agyrysy ýaly bolup, eýýäm gelipdir. Göz alartmak gaharly seretmek, gözüň bilen gorkuzjak bolmak. Göz astyna almak nähili adamdygyny bilmek üçin kesesinden syn etmek, synlamak. Göz astyndan hiç kime bildirmän, assyrynlyk bilenseretmek. Göz astyndan seretmek bir zada assyrynlyk bilen ogrynça bakmak, garamak, äňetmek, esetmek. Aýmyrat oňa göz astyndan seredip ýylgyrdy. Göz aýlamak1) daş-töweregiňe seretmek, göz gezdirmek, garamak, äňetmek, esetmek. 2) biriniň ýa-da bir zadyň aladasyny etmek, birine hossarlyk etmek, hemaýat, goldaw bermek. Göz baglanmak garaňky düşmek, garaňky gatlyşmak. Daýhanlar göz baglanýança işlediler. Göz bilen gaşyň arasynda kynçylykly ýagdaýyň ýüze çykmasy aňsat, bolary ýakyn. Emgek göz bilen gaş arasynda (Atalar sözi). Göz boýamak aldamak üçin emel, hile etmek, galplyk etmek. Göz çaky göz çeni, göz ölçegi, çen, çak. Göz degmek öňden gelýän yrym-ynançlara görä, gowy zada mähir bilen seredilende, geň görüp seredilende, öňküsinden ýaramazlaşmak, öňki ýagdaýyndan peselmek, erbet bolmak. Bu sapar biziň atymyza göz degdi, ýogsa heý düz ýerde-de at büdräp agsarmy?– diýdi (A. Gowşudow). Göz delmirtmek naýynjar halda seretmek. Gözden, dilden saklasyn! şowly, oňat bir zada, ýagdaýa, görnüşe we ş.m. kesekiniň gözüniň degmeginden, diliniň ýetmeginden "hudaý gorasyn" diýen manyda ulanylýan aňlatma. Gözden düşmek halys özüňi ýigrendirmek, abraýdan gaçmak, ryswa bolmak. Gözden gaýyp bolmak gözden ýitmek, görünmez ýaly bolmak. Gözden geçiriliş sungat, çeperçilik ussatlygy we ş.m. boýunça çykyş edip, synagdan geçiş, sungatda hasabat beriş. Gözden geçirmek birin-birin seredişdirip çykmak, dogry ýa nädogrudygyny barlamak; synlamak. Sekiniň üstünde oturanlar başdan-aýak seredip, sazandany gözden geçirdiler (N. Saryhanow). Gözden ot çykmak güýçli degen urgy we ş.m. zerarly gözüň öňi ýaldyrap gitmek. Gözden salmazlyk biriniň ýa bir zadyň aladasyny etmek, oňa garaşyk etmek, ýardam bermek, ondan habar tutup durmak, ony goldamak, unutmazlyk. Gözden sypmak gözden ýitmek, ýitirim bolmak, ünsden düşmek. Gözden uçmak köp wagtlap görülmedik adam, barlyp görülmedik oba-şäher, bir wagtlar iýlen, içilen zatlaryň ýatdan çykyp gitmegi. Gaňsyrawugyňy kükedýän düýe çaly meniň-ä gözümden uçupdyr. Gözden ýitmek göz görerden uzaga gitmek, göz ýeterden uzaklaşmak, ýitirim bolmak. Olar kem- kemden yzda galdylar-da, salgyma çümüp, gözden ýitdiler (R. Gelenow). Göz dikmek 1) bir zada çiňerilip, gözüňi aýyrman seretmek, siňe seretmek, nazaryňy dikmek. 2) biriniň gelerine sabyrsyzlyk bilen garaşmak, geler diýip ymtylmak, intizar bolmak. 3) bir zady almagyň kül-külüne düşmek, bir zady eýelemäge ymtylmak. Göze çöp atmak aldawa salmak, aldamak. Göze dürtme 1) mese-mälim, göz-görtele, bassyr- bussursyz. Onuň niýeti bize mälim, hereketi göni göze dürtme (B. Kerbabaýew). 2) gaty garaňky, bir ädim öň ýanyň görünmeýän garaňkylyk. Göze dürtme garaňkyda ýoluňy görmek kyndy. Göze dürtülip durmak görnüp durmak, mese-mälim bolup durmak. Göze garasuw inmek gözüň garasuw keseli bilen kesellemegi. Göze gelüwli gelşikli, görmegeý. Göze gelüwli gelin. Göze görnen kämillik ýaşyna golaýlap, ýetişip ugran (diňe gyz hakynda; öten zaman ortak işliginiň goşulmasy goşulyp ulanylýar). Göze görnen gyzy bolsa, hantamadyr her ýeten (Kemine). Göze gubar inmek halys garrap, gözüň yşygy öçmek, görmekden galmak. Göze güýdüşmek duýdurman, bildirmän, görkezmän bir iş, hereket etmek, göze çöp atmak. Göze ilginç 1) göze dürtülip, mesaňa bolup duran, göze görnüp, saýlanyp duran (zat hakynda). 2) hereketi, daş görnüşi boýunça beýlekilerden tapawutlanýan (adam hakynda). Göze ilmek göze görünmek, göze kaklyşmak. Göze kaklyşmak ser. Göze ilmek. Göze sürme etmek gadyryny, gymmatyny bilmek, gowy görmek, iň arzyly zat hasaplamak. Göz etmek 1) göz-gulak bolmak, seretmek. Özüň içerik-daşaryk göz edersiň-dä?! 2) bir zady birine güjeňlemek, mazamlamak. Ol ile göz etmek üçin her gün iň gowy eşiklerini geýip, ýola çykardy. Göze yssy görünmek göze ýakymly, mähirli, gowy görünmek. Ýaşlykda bile tirkeşen ýoldaşlary gözüne aýratyn yssy görnerdi. Göze ýakymly bir zat göwnüňe ýaraýan. Asylgy duran köýnekleriň haýsy biri göze ýakymly?Göz gamaşdyryjy owadanlygyndan ýalbyrap öwşün atýan. Göz gamaşmak ýiti ýagta we ş.m. zatlara gözüň bulaşyp, zat saýgarmazlyk, hiç zat görüp bilmezlik. Göz gatyrmak bir hereketi kynlyk bilen ýerine ýetirip bilmek. "Toýa-da göz gatyryp geläýdim" diýip, togsana golaýlan garry ene hasasyna daýanyp, jaýlaşykly oturara ýer gözledi. Göz gezdirmek 1) ser. Göz aýlamak. 2) bir ýazga, hata we ş.m. ýüzleý seredip çykmak. Göz görkezmek 1) üýtgeşik, täsin iş edip, özüňi tanatmak, özüňi görkezmek, haýran galdyrmak, aňk etmek, güýjüňi görkezmek. Göz güldürmek (göz oýnatmak) şatlygyňy, begenjiňi göz arkaly aňlatmak, birine mylakatly garamak. Ol owadan gözlerini güldürip ýylgyrdy. Göz gypmak (gyrpmak) bir gözüňi çalt ýumup açmak bilen yşarat etmek, duýduryş bermek. Göz gyzdyrmak hak-u-nähak bir zady almaga, edinmäge meýil etmek. Kişi zadyna göz gyzdyrmak ýaramaz gylykdyr.Gözi açylmak1) görüp başlamak. Kaka, kiçijik güjügimiziň gözi açylaýypdyr! 2) bir zada bolan höwesi artmak, göhi gelmek, keýpi tutmak. Ýagly gapyrganyň adyny eşitse, onuň gözi açylýar (“Görogly”). 3) öň düşünmeýän zadyna göz ýetirmek, düşünmek; sowatly bolmak, düşünjesi artmak. Gözi açylmazlyk gutulmazlyk, saplanmazlyk, dynmazlyk.Dümewden gözüm açylmady (K. Berdiýew).Gözi gara düşmek1) daş-töweregindäki zatlary görüp, saýgaryp başlamak (ýaş çaga hakynda). Gaýyn enesi gelnine: "Suw ýaly çagaňy öýden çykaryjy bolmagyn, etigip, gözi gara düşýänçä kän bir gezdirmäweri" diýdi. 2) durmuşa, ýaşaýyş düzgünlerine düşünip başlamak, kämilleşmek (ýaş ýetginjek hakynda). Gözi bagly medeniýetden yza galan, sowatsyz, nadan. Gözüm bagly ekeni, indi hemme zada düşünýän.Gözi bilen iýäýjek bolmak 1) gaharly siňe seretmek, ýigrenç bilen seretmek.Meni gördügi, gözi bilen iýäýjek bolýar. 2) birine ýa-da bir zada siňe seretmek, üns bilen seredip durmak, gözi içiňden geçmek. Gözi dokunmak bol-elin zady, bolçulygy ýa başga göze doly zady görüp kanagatlanmak. Pagtadan alnan bol hasyly göreniňde, adamyň gözi dokunýar. Gözi düşmek görmek, göze ilmek. Märekäniň içinde birden dostuma gözüm düşdi. Gözi, gaşy çekip durmazlyk birini göresiň gelmezlik, görmek islemezlik. Ol ýere gidip näme işim bar, gözi, gaşy çekip duran barmy? Gözi gatyny görmek horlugy, kynçylygy görmek, jepa çekmek. Gözi gitmek 1) kesel sebäpli gözi görmekden galmak. 2) gowy zady, adamy ýa-da biriniň görelde bolarlyk hereketini, bolşuny we ş.m. görüp, öz ýanyndan kemsinmek. Dostunyň iňlisçe gepleýşine onuň gözi gidýärdi. Gözi gorkan ýeri bar bolmak birinden ýa-da bir zatdan gaty gorkmak. Elbetde, gözi gorkan ýeri bardyr-da, öňünden it çyksa, ugry gaçardy. Gözi gülüp durmak özüni örän şadyýan alyp barmak, şadyýanlygy hemişe ýüzüne çykyp durmak. Ol gaty ýeser görünýär, haçan görseň gözi gülüp durandyr. Gözi gyýmazlyk birine dözmezlik, ýüregi awamaklyk, rehimi inmeklik. Gözüm gyýmaz oýarmaga, näzli ýarym, oýan indi (Halk aýdym- laryndan). Gözi gyzarmak maddy üpjünçiligi we ş.m. göterinmän, azgynçylyk etmek, azmak, mesirgemek. Gözi içiňden geçip barmak ýiti-ýiti seretmek, gözi bilen iýäýjek bolmak. Onuň gözi içiňden geçip barýar.Gözi içine gitmek gaty horlanmak. Ol çöp ýaly bolup, gözleri içine gidipdi (B. Seýtäkow). Gözi ýanyp durmak gözünde dogumlylyk, gujurlylyk alamaty görünmek. Ol gözi ýanyp duran dogumly ýigitdi. Gözi ýer görmezlik özüni hondanbärsi saýyp, adam tanamazlyk, özüňi ulumsy tutmak, gedemlik etmek. Gözi ýer görmän, özüne, atyna göwni ýetip we atyny ykjam sürüp gelýän ýigit gyzy gören badyna, gara dere batyp barýar (“Görogly”). Gözi ýetmekser. Göz ýetirmek. Bu öýe özüniň yzyndan hiç kimiň gelmejegine gözi ýetýärdi (B. Seýtäkow). Gözi ýolda galmak biriniň gelerine köp wagtlap garaşmak, iki gözi ýolda galmak. Ejesine garaşyp, onuň gözi ýolda galdy.Göz monjugy ser. Monjuk. Göz monjugy ýaly ser. Monjuk. Göz oýnaklatmak gözüni hereketlen- dirip, näz-kereşme etmek. Göz öňünden geçmek öň bir gören zadyň, wakaň we ş.m. zatlar birin-birin ýadyňa düşüp, göz öňüne gelmek. Göz öňünde tutmak bir işi amala aşyrmagy maksat edinmek, nazarda tutmak, durmuşa geçirmegi niýet edinmek. Göz öňüne gelmek ser. Göz öňünden geçmek. Soltanjygyň aýdanlaryndan Şiriniň başyna düşen günleriň bary mugallymyň göz öňüne geldi (N. Saryhanow). Gözsüz batyr soňuny saýmaýan, özüni oda-suwa urmaga, janyny gurban etmäge taýyn (adam). Göz ümlemek gözüň bilen yşarat etmek, üm bilen duýdurmak, gözüň hereketi bilen birini ýa bir zady görkezmek. Gözüm üstüne baş üstüne, lepbeý. Gözüm üstüne, näme işiň bolsa buýruber! Gözünde juwaz aýlamak agladyp, gözýaş dökdürmek, heläk etmek. Şu ýaramaz gylygyňy goýmasaň, gözüňde juwaz aýlaryn. Gözünde ot ýakmak sütem, zulum edip horlamak, azap berip gynamak, ejir çekdirmek. Gözüne basmak biriniň islegine garşy gidip, erk-ygtyýaryna garaman hereket etmek, bir işi amala aşyrmak. Oglum, baýraklaryny gözlerine basyp aldyň! (“Görogly”). Gözüne görkezmek 1) öz başarjaňlygyň bilenhereketibütinleý üýtgetmek, gutarnykly subut etmek, göwnünde çiglik galmaz ýaly etmek. 2) birine bir hata, ýalňyşlyk, nädogry edilen iş üçin temmi bermek, çäre görmek, ikinji gezek gaýtalamaz ýaly etmek. Ogurlygyň nämedigini häzir men seniň gözüňe görkezerin. Gözüne gül salmak bir zadyň hötdesinden gelmek, doly başarmak, hek etmek. Gözüne güýdüşmek ser. Göze güýdüşmek. Gözüni açyp gitmek durmuşyndan närazy bolup jan bermek, ölmek. Gözüni açyp göreni eneden dogaly bäri, özüni bilip ugraly bäri, bar bilýän zady. Onuň gözüni açyp göreni zähmet çekmek boldy. Gözüni almak gözüne degip, kör etmek. Peýkam aldy çep gözüni, Kör arçyndy soňky ady (Ç. Aşyr). Gözüni aýyrmazlyk birsyhly seredip oturmak, nazaryndan sypdyrmazlyk. Gözüni baglamak 1) aldap nadanlykda saklamak, nadanlyga sezewar etmek. 2) dürli usullar bilen birini erbet ýagdaýa salmak, pyrryldak etmek, aldamak. Gözüni-başyny aýlamak aldap bir zada razy etmek. Gyzyň gözüni-başyny aýlap, ony halamaýan ýigidine durmuşa çykmaga razy etjek boldular. Gözüni çykarmak öte gitmek, çenden aşmak, hetdiňi bilmezlik. Gözüni gögertmek görgi baryny görkezmek, gaty horlamak. Gözüniň oduny almak urup, sögüp ýa-da başga bir zat edip, hemişe gorkup durar ýaly etmek, heder eder ýaly temmi bermek. Gözüniň ýaşyny kepdirmezlik hemişe aglamaga mejbur etmek, agladyp ýörmek. Gözüni oýmak gözüni çykarmak, iň erbet jeza sezewar etmek. – Haw tagsyr, meniň gözümi oýduň, oglumy öldürdiň, meniň senden soňky dilegim – şu gysragy senden dileýän – diýdi (“Görogly”). Gözüni ýeňsesinden çekmek berk jeza bermek. Gözüňi açyp gitmek öňüňde goýan maksadyňa, arzuwyňa, niýetiňe ýetmän, armanly ölmek, ahmyrly dünýäden ötmek. Gözüň agarmak zulum, horluk görmek, ýaramaz durmuş zerarly gaty horlanmak. Gözüň agyny köpeltmek ser. Gözüňi alartmak. Gözüň aksyn! "kör bol, janyň çyksyn" diýen manyda aýdylýan sögünç, gargyş. Ylgama diýsem etmän ýykyldyň, gözüň aksyn!Gözüň ak ýagyny iýdirmek birini hiç bir kemini goýman ekläp-saklamak, birkemsiz ösdürip ýetişdirmek. Saňa çagalykdan enesiz-atasyz diýdirmedim, gözümiň ak ýagyny iýdirdim. Indiki bolup ýörşüň şonuň sag bolsunymy? Gözüniň alnynda biriniň göni ýanynda, görüp durka. Gözümiň alnynda ýalan sözlemäň näme? Gözüň awusyny almak az salym ýatyp turmak, azajyk irkilmek. Gözüň aýdyň! begençli waka gutlanyp aýdylýan alkyş sözi. Gözüň bürlüp barmak ukyň tutup başlamak, ýatasyň gelmek. – Men-ä ýatjak, gözüm bürlüp barýar. Gözüň çekmek gözüň gabagynyň bir nerw damarjygy tirpildemek. Asyl şu gün, bütin gün, gözüm çekdi durdy (H. Ysmaýylow). Gözüňde bolsun gözlenýän zadyň gözleginde bol, bir zadyň bardygyndan, ýokdugyndan habarly bol, gözleg- ideg et. Gözüňden uçmak köp wagt bäri görülmänsoň, ýatdan çykyp gitmek (köplenç, iýilýän, içilýän zatlar hakynda). Garpyz toşaby dagy gözümizden uçupdyr, dadyp gören wagtym ýadymyzdan çykypdyr. Gözüňde okuň bolsa urmak (atmak) eliňden gelse, zyýan ýetirmek, ýeri gelende zelel etmek, birini ýigrenmek. Gözüň dokunmak seredip duran zadyň gowulygyna, gabarasyna, görk-görmegine synyň oturmak, haýran galmak. Gözüň doýmazlyk gara nebsiňe "haý" diýip bilmezlik. Onuň garny doýsa-da, gözi doýanok. Gözüň dumanlamak ser. Gözüň ümezlemek. Gözüňe degmek tüýs jaý ýerinde kömege ýetişmek, gerekli ýerinde goldaw, goltgy bolmak.Gitmeli ýerime ulag tapylaýsa, häzir gözüme degjek-dä! Gözüňe döneýin!1) biri gowy görlende, “ezizim, mähribanym, gadyrdanym” ýaly manylarda ulanylýan söz düzümi. 2) birinden bir zat mylakatlylyk bilen haýyş edilip aýdylýan söz düzümi. Gözüňe döneýin, Myrat, beýle zatlary hudaý size görkezmesin. Gözüňe gelmezlik biriniň bolşy, gylyk-häsiýeti ýaramazlyk, özüni alyp barşy ýigrenilmek. Hähili adamdygyny bilemsoň, ol hiç wagt gözüme gelenok. Gözüňe görünmek psihiki näsazlyk netijesinde ýok zatlar bar ýaly bolup görünmek. Gözüň gaçyp barmak kelläň gaty agyryp, gözüňe güýçli täsir etmek. Gözüm gaçyp barýar, men-ä işe ýaramok. Gözüň ganmak bir zady köp gezek görmek, doýa-gana synlamak, göre-göre doýmak. Şol zeýilli suratlardan ozalam köp gezek gözüm gandy. Gözüň garaňkyramak ysgynsyzlyk we ş.m. zerarly essiň aýylyp, başyň aýlanyp, gözüň zat görmän başlamak. Gözüň-gaşyň çekip durmazlyk birini göresiň gelmezlik. Ony gözüm-gaşym çekip duranok, şonsuzam aladam ýetik. Gözüň gitmek bir gowy zada gözüň düşüp, özümde-de şol zat bolaýsady diýen duýgy döremek. Gözüň gyýmazlyk dözmezçilik etmek, dözmezlik.Gözüňi agdaryp ýatmak huşdan gitmek, çaşmak, essiň aýylmak. Ol erikden ýykylyp, ep-esli wagt gözüni agdaryp ýatdy.Gözüňi akjartmak gözüň agyny köpeldip, gözüňi alartmak, hyýrsyz garamak. Däli gözüni akjardyp seretdi. Gözüňi germek gözüňi giňden açyp, oňa agram bermek, zor bermek. – Gyzym, Bahar, biz bu halylaryň üstünde gözümizi gerip dümtünýäris (A. Gowşudow). Gözüňi gögertmek mejalsyz, kişi kömegine mätäç bolmak, ile günüň galmak. Gözüni gögerdip, gapa seretdi (N. Saryhanow). Gözüňi jüýjertmek uklaman, gözüňi açyp ýatmak, oturmak. Gözüňi jüýjerdip ýatyrmyň?Gözüňi sykyp oturmak (durmak) ejizläp göz ýaş etmek, aglamak. Çaga ýaly bolup, gözüňi sykyp oturma-da, derrew işiň bilen bol (B. Seýtäkow). Gözüňi tutmak özüňe edilen ýagşylyklary ýatdan çykarsaň, haklamasaň, soňy erbetlik bilen gutarmak. Gitseň, git, meniň emdiren ak süýdüm seniň gözüňi tutar.Gözüňi ýandak bilen süpürmek rehimiň gelmezlik, rehim-şepagat, dözümsizlik etmezlik. Gözüň köküni gyrmak bir zada yzygiderli meşgullanyp, gözüňi ýadatmak, inçe iş edip, gözüňe agram salmak. Gözüň suw içmezlik edilýän işden we ş.m. zatlardan razy, hoşal bolmazlyk, edilýän hereket göwnüňe ýakmazlyk, bolýan zada pisindiň oturmazlyk. Gözüň ýerine gelmek dynç alyp, naharlanmak netijesinde öňki katdyna gelmek, kuwwatlanmak, ysgyna gelmek. Teýli nahardan soň gözi ýerine geldi. Gözüň ýetik bolmak bir zada pugta belet bolmak, gowy bilmek. Göz ýetirmek bir zadyň anygyna ýetmek, änigine-şänigine ýetmek; anyklamak, oňat düşünmek. Göz ýummak görmezlige salmak, görmedik bolmak. Göz ýumup geçmekser. Göz ýummak. Nädogry iş edilse, göz ýumup geçmek bolmaz. Hak gözünden eşitmek bir habary hakyky bilýänden, ynamdar adamdan, gözi bilen görenden eşidip bilmek. – Men muny hak gözünden eşitdim – diýip, Pirguly beg ýan bermedi (A. Gowşudow).


Last searches: