turklehceleri.org

EV

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

ev

и. 1) төрле мәгъ. өй; 2) күч. гаилә □ ev adamı өйдә торучан һәм юаш кеше; ev eşyası өй әйберләре, өй җиһазлары; ev işi өй эше, кул эше, кулдан эшләнгән нәрсә; ev bark өй эче, өйдәгеләр; ev halkı бер өйдә торучыларның барчасы; ev kadını хуҗабикә

Pure Turkish to Turkish (Kuleli)

ev

1. Daire, Apartman dairesi

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

ev

Türkiye Türkçesi: ev
Azerbaycan Türkçesi: ev
Başkurt Türkçesi: öy yort
Kazak Türkçesi: üy
Kırgız Türkçesi: üy
Özbek Türkçesi: üy
Tatar Türkçesi: öy yort
Türkmen Türkçesi: öy
Uygur Türkçesi: öy
Rusça: dóm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ev

is.
1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. – On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. Şose yolu kənarında, sarı kirəmitli .. bir ev görünürdü. M.Hüseyn. // Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq. – [Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.
2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi. – Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.
3. Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam. – [Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev. • Ev açmaq (qurmaq) – özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı. – [Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal. Ev adamı – 1) ailənin üzvü və ya ailəyə yaxın şəxs. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən; 2) köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə. Ev arvadı (qadını) – heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın. [Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? – deyə ciddi sima ilə sordu. Çəmənzəminli. Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal. Ev qulluqçusu – muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] ..Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Ev olmaq, ev yiyəsi olmaq – evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq. [Soltan bəy:] Qızım, inad olma, .. gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov. Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır. Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal. Ev sahibi, ev yiyəsi məc. – ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. (Ata. sözü). Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn. Ev tökmək – evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq. Evdən çıxmaq – ailədən küsüb getmək. [Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn.
4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. (Ata. sözü). Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.
5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri. ‣ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir. Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal. Ev yıxmaq – birinə pislik etmək, bədbəxt etmək. [Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov. Evdə bişməyib, qonşudan gəlməyib – haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında. Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. İ.Şıxlı. Evdə qalmaq – vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında). [Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov. Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! – ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə. [Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev. Evdən gəlmək – pay gətirmək, əlidolu gəlmək. Evi abad, evin abadan! – yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi. [Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov. Evi başına götürmək – bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb. – Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən. Evi başına uçulmaq – bax. evi yıxılmaq. Evi bərbad (viran) olmaq – bax. evi yıxılmaq. Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) – bədbəxt, zavallı, yazıq. Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani. [Məşədi İmam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev. Evi yıxılmaq, evi bərbad olmaq – ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq. Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani. Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz. Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin evi yıxıldı. C.Məmmədquluzadə. Evin tikilsin! – alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”. [Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfüqarından da itidir! S.Rəhimov. Evin(i) yıxmaq – pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək. Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn. [Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən. Evindən qaçaq düşmək – hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq. Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani. Öz evini yıxmaq – ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək. [Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım... Ə.Haqverdiyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ev

bina, tikili
{bina, yapı}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ev

apartman, ev, konak, konut

Uzbek—English Dictionary (Dirks, 2005)

ev

~ini top-/~i bilan or ~ida within bounds, within reason. ~i bo'lmadi There was no solution/way around it. ~i yo'q odam inept person.

Index of Diwan Lughat al-Turk (TDK)

ev

ev,I, 32, 211, 516 bkz> ef, ew, öw, üv, üw § ev k ızı; aile kızı· I, 326


Last searches: