Dəxl
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dəxl
[ər.] Əlaqə, münasibət, aidiyyət (adətən “dəxli” şəklində). Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Musa dayının qayıtması və ya qalmasının baş küçədən gələn səslərə nə dəxli var? Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dəxl
əlaqə, münasibət, aidiyyət
{ilgi, alaka, mensubiyet}