Dərya
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dərya
is. [fars.]
1. Dəniz. Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir. Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət.
2. məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir. [Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara] Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə. Gözüm yaşı qəmimdən, ağlamaqdan döndü dəryayə; Məni axır həlak eylər bu çeşmixunfəşan sənsiz. S.Ə.Şirvani. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza. • Dəryalar qədər – son dərəcə çox, intəhasız dərəcədə. Elm dəryası (bəzən istehza ilə deyilir) – çox elmli, çox oxumuş, çox bilikli adam haqqında. Kişi elm dəryasıdır! – [Heydər ağa:] ..Maşallah, cənab şeyx elm dəryasıdır, mən belə alim görməmişəm. C.Məmmədquluzadə. Fikir (qəm) dəryasına qərq olmaq – çox fikirli olmaq, dərin fikrə dalmaq. .. Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə. Fəxrəddin fikir dəryasına qərq olmuşdu. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dərya
dəniz
{deniz}