turklehceleri.org

Düşkün

Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)

düşkün

[Köken: Yerel] Verilen, Verilici

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

düşkün

с. 1) (бер эшкә, нәрсәгә) күңелен салган; яратучы; sinema düşkünü кино яратучы; 2) күч. мәлҗерәгән, алҗыган, хәлсез

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

düşkün

Türkiye Türkçesi: düşkün
Azerbaycan Türkçesi: düşkün
Başkurt Türkçesi: ⱨiris mäyil häväs
Kazak Türkçesi: kumar äves
Kırgız Türkçesi: kumar kuşīar
Özbek Türkçesi: mubtälà berilgän
Tatar Türkçesi: ⱨirıs häväs
Türkmen Türkçesi: humãr
Uygur Türkçesi: ⱨuştar amrak
Rusça: padkiy sklónnıy

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

düşkün

sif.
1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət. // Ruhdan düşmüş, naümid, məyus, kədərli. Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm. H.Cavid. Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov.
2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə. Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım. S.Vurğun. // Qoca, ahıl.
3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü. – Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. A.Şaiq. // Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü. // Vurğun, aşiq. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir. Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin. Aşıq Məhəmməd. Əkbər elm adamı, kitab düşkünü də deyildi. Mir Cəlal.
4. Mənən düşmüş, rəzil, alçaq. Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ. Ə.Vəliyev.
5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb. // Yazıq, fəqir, binəva. // İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

düşkün

I. yazıq, bədbəxt, zavallı
{aciz, bedbaht, zavallı}

II. zəif, cansız, üzgün, xəstə
{zayıf, cansız, üzgün, hasta}

III. mübtəla, düçar
{tutkun, çaresiz}

IV. rəzil, alçaq
{rezil, alçak}

V. yoxsul, kasıb, fəqir
{yoksul, muhtaç, fakir}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

düşkün

düşkün, düşük, manyak


Last searches: