Dustaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dustaq
is.
1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus. Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Ə.Haqverdiyev. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün də yemək gətirirdi. M.S.Ordubadi. Məşədi Şərəf danışdıqca Qüdrətov yazır, hərdən dayanıb dustağın sifətinə baxırdı. Ə.Vəliyev. // məc. Məhbus kimi oturub evdən bayıra çıxmayan, xarici aləm, cəmiyyət ilə əlaqəsi olmayan adam haqqında. [Nina Xumara:] Daima evdə, sanki bir dustaq; Nə olur bir çıxıb hava alsaq! H.Cavid. // klas. Əsir mənasında. Bülbüli-şeyda gülün, pərvanə şəmin dağıdır; Binəva könlüm, ki bir dilbilməzin dustağıdır. Qövsi. • Dustaq etmək (eləmək) – həbs etmək, həbsə salmaq, azadlıqdan məhrum etmək; // məc. bir yerə salıb nəzarət altında saxlamaq, bayıra çıxmağa qoymamaq. Qaraca qız duydu ki, [mürəbbiyə] Ağca xanımı evə salıb dustaq etdi. S.S.Axundov. [Səfər:] İndi bir ay, üç həftə, iki gündür ki, [Səriyyəni] burada dustaq eləyiblər. C.Cabbarlı. Dustaq olmaq – məhbus olmaq, həbsə düşmək, həbsə salınmaq, dustaqlıqda olmaq. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa. C.Məmmədquluzadə. [Reyhan:] Həm insafdırmı, Elçinin anası, əlsizayaqsız bir qadın zindanlarda dustaq olsun?.. M.Hüseyn; // məc. dustaq kimi bir yerdə oturub bayıra çıxmamaq, yaxud bu və ya başqa səbəbə görə bayıra çıxa bilməmək.
2. Həbsxana, həbs, qazamat, həbs yeri, dustaqlıq. [Qubernator:] Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır. C.Cabbarlı. Dustaqdan qayıtdı, görmədi qızı; Qaldı ürəyində hər söz, hər arzu. Z.Xəlil.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dustaq
I. məhbus
{mahpus}
II. həbs, qazamat
{hapis, esir}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dustaq
tutsak