turklehceleri.org

Dilxor

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dilxor

sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə. General bu gün çox dilxor idi. S.Rəhman. • Dilxor etmək (eləmək) – pərt etmək, əhvalını pozmaq, məyus etmək. Nəhayət, Vaqif də tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi. Çəmənzəminli. [Mahmudu] indi bircə şey dilxor edirdi. Ə.Əbülhəsən. Dilxor olmaq – çox pərt olmaq, əhvalı pozulmaq, məyus olmaq. Amma bir gün mən gənə bərk dilxor oldum. C.Məmmədquluzadə. Çingiz imzaları oxuduqda Qulunun imzasına rast gəldi, dilxor oldu, rəngi qaçdı. Çəmənzəminli. Yoldaşım çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. T.Ş.Simurq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dilxor

pərt, qəmkin, kədərli, mə’yus
{perişan, gamlı, kederli, karamsar}


Last searches: