turklehceleri.org

Didərgin

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

didərgin

sif. Yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşan; sərgərdan, dərbədər. Firqətindən əlim getməz bir işə; Gəzirəm didərgin (z.) səyyad misli. Aşıq Əli. • Didərgin düşmək (olmaq) – yurdundan, vətənindən məhrum olaraq başqa yerlərdə dolaşmaq, dərbədər olmaq. [Bədəl:] Bizim kimi evindən- eşiyindən didərgin düşənlər çoxdur.. Ə.Haqverdiyev. Türkdilli xalqların doğma yerindən; Didərgin düşməsi kimə gərəkmiş? B.Vahabzadə. Didərgin salmaq – yurdundan, vətənindən uzaq salmaq, dərbədər salmaq. Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum. A.Divanbəyoğlu. [Sabir:] Məni öz vətənimdən didərgin salıblar. M.Hüseyn.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

didərgin

sərgərdan, dərbədər
{şaşkın, derbeder}


Last searches: