Dalınca
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dalınca
zərf
1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl. – Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. C.Məmmədquluzadə. Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı. S.Vurğun.
2. Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir.
3. Məqsəd bildirir. Həkim dalınca adam göndərmək. – [Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. S.S.Axundov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dalınca
ardınca, arxasınca, izincə
{ardınca, arkasınca, izince}