Cəllad
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cəllad
is. [ər.]
1. Ölüm hökmünü icra edən adam. [Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. “Koroğlu”. ..Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı).
2. məc. Qaniçən, qəddar, mərhəmətsiz adam. [Rəhim:] Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Ə.Haqverdiyev. [Dərviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbəyoğlu.
3. məc. klas. Gözəlin məftunedici qaşlarına, gözlərinə işarə. Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Ələsgər.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cəllad
qəddar, zalım
{gaddar, zalim}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cəllad
cellat