turklehceleri.org

Ceyran

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ceyran

is. Antilop cinsindən irigözlü, incəayaqlı, sürətlə qaçan zərif heyvan. Ceyranın qaçmağın elə gördüm, ətindən zəhləm getdi. (Məsəl). Ceyran çox iti qaçan və həssas heyvandır. İ.Əfəndiyev. Bahadur ceyrana baxdı, ceyranın gözləri ona həqiqətən kiminsə gözlərini xatırlatdı. S.Rəhman. // Təşbehlərdə gözələ işarə. ‣ Ceyran belinə çıxmaq – qıt olmaq, tapılmamaq, çox çətin tapılmaq. [Xalıqverdinin] ..ailəsini və dostlarını dardan qurtarmaq üçün taxıl gərək idi. Taxıl isə, necə deyərlər, ceyranın belinə çıxmışdı. Ə.Vəliyev.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ceyran

ceylan


Last searches: