Bərpa
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bərpa
[fars.] Əvvəlki normal halına salma (dağılmış, yıxılmış, xarab olmuş, korlanmış, qırılmış, kəsilmiş şeyi); təzədən qurma (qurulma), təzədən düzəltmə (düzəldilmə), təzədən tikmə (tikilmə), təzələmə (təzələnmə); əvvəlki halına gəlmə (düşmə, gətirmə). Xalq təsərrüfatının bərpası. Müharibədə dağılmış şəhərlərin bərpası. • Bərpa etmək – 1) əvvəlki halına salmaq, təzədən qurmaq (düzəltmək). Müharibə nəticəsində dağılmış sənayeni bərpa etmək. – [Kərim bəy:] İstehkamçı – mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal; 2) əvvəlki vəziyyətini (hüququnu və s.-ni) qaytarmaq. Vəzifəsini bərpa etmək. Hüququnu bərpa etmək; 3) qaldırmaq. Mindi bir at molla düşdü yola; Getdi ta məhşər eyləsin bərpa. S.Ə.Şirvani; 4) məc. Yaratmaq, düzəltmək. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev. Bərpa olmaq – əmələ gəlmək, qalxmaq, törəmək, qopmaq. Hər birisinin başına şuriş və tüğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. M.F.Axundzadə. Əgər desəm, qiyamət bərpa olmuşdu, inanın. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bərpa
qurma, düzəltmə
{kurma, düzeltme}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
bərpa
restorasyon, restore