turklehceleri.org

Bəli

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bəli

əd.
1. Verilən suala müsbət cavab və ya təsdiq üçün işlənilir; hə, elədir; (yox ziddi). [Şəhrəbanı xanım:] Bəli, baba dərviş çox razı oldum. M.F.Axundzadə. Salman düşündü və: – Nə faciədir o? – dedi. – Üsyan günlərinimi deyirsən? – Üsyan günlərini, bəli, üsyan günlərini. H.Nəzərli. [Piri baba:] Bəli, qızım, qarışqaların toyudur. S.S.Axundov. Bənna güldü, – bəli, – dedi, – gərək tələsək. Ə.Cəmil.
2. Çağırışa nəzakətli cavab. Əhməd! – Bəli!
3. Anlaşılmayan bir sözü təkrar etdirmək üçün sorğu yerində işlənir. – Bəli, nə dediniz, eşitmədim.
4. Danışılanlara yekun vurmaq, ya fikirdə olan şeyləri xülasə etmək üçün söylənir. Bəli, atları gətirdilər və minib, Təbrizdən çıxıb, üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə. C.Məmmədquluzadə.
5. Bəzən təəssüf, yaxud kinayə, narazılıq ifadə edir. Bəli, ömrümüzdən bir il də getdi! Bəli, əlli beşinci il də belə getdi! Bəli, bu da bu yandan çıxdı!

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bəli


{evet}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bəli

evet, olur


Last searches: