turklehceleri.org

Bəhrə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bəhrə

I. is. [fars.] tar. Keçmiş zamanlarda mülkədarların kəndlilərdən aldıqları natural vergi (məhsul). Tiflisdə “sirk” oyunu həmişə qışda başlanır, ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar. C.Məmmədquluzadə.

II. is.
1. Bax bəhər. ..Heydərqulu bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır... N.Vəzirov. [Alı] bir az əvvəl bostandan ilk bəhrə alaraq, iki araba qovun, qarpız dərib hazırlamışdı. A.Şaiq. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə tutmağı bildiyi kimi, balın və mumun mənfəətini də sayardı. Mir Cəlal.
2. Fayda, səmərə, nəticə. Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ümidsizliyə qapıldıq. C.Cabbarlı. • Bəhrə aparmaq – fayda götürmək, səmərə götürmək, faydalanmaq. Pəs aqil gərək cəmi-ləzzəti-dünyəviyyədən bəhrə aparsın... M.F.Axundzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bəhrə

bax: bəhər
{bkz. bəhər}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

bəhrə

mahsul, mahsul vergisi, ürün


Last searches: