Batil
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
batil
sif. [ər.] köhn.
1. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. Batil fikir. // İs. mənasında. Madam ki, xalq elm səbəbi ilə haqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir şeyx .. çıxacaq, aləmə fitnə salacaq .. və bədbəxt edəcək. M.F.Axundzadə. Biz burada istər Bab, istərsə Bəhanın anadan alim doğulduqları iddiasının batil olduğunu təyin etdik. M.S.Ordubadi. • Batil eləmək (etmək) – puça çıxarmaq, heçə çıxarmaq, heç eləmək, batırmaq. Mən gözlərimə inana bilmirəm, bu imarət kimindir, burada tikilibdir? Bu mənim imarətimi batil elədi. (Nağıl). Hərdənbir zurnanın səsi ucalıb, özgə səslərin hamısını batil eləyirdi. C.Məmmədquluzadə.
2. Dinə görə doğru olmayan, dinin tələblərini və göstərişlərini, hökmünü, şərtlərini pozan (iş, hərəkət və s.). Dayım namazda olanda çün danışa bilməzdi ki, namazım batil olmasın. C.Məmmədquluzadə. [Salmanov:] Sən nə danışırsan, ay oğul, məni günaha batırıb ibadətimi batilmi eləmək istəyirsən? M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
batil
yalan (batil fikir)
{yalan (batıl inanç)}
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
batil
I Cesur, gözü pek, yürekli.
II a. Boş, faydasız, beyhude.