Ağca
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ağca
is.
1. köhn. Pul. Kürə və Misgincə tayfasından on dörd min batman buğda və qırx min dirhəm ağca .. alınıb anbarlara və xəzinəyə yetişirdi. “Dərbəndnamə”. Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar. S.Vurğun. Simuzər dilədim, ağca vermədi. O.Sarıvəlli.
2. Bəzi balıqların üzərindəki parlaq sədəf kimi pərəklər; pulcuq. Qumun üzərinə sərilmiş balıqlar, öz ağcalarını parıldadaparıldada .. çapalayırdı. S.Rəhimov.