Ahu
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
ahu
и. 1) җәйран, коралай (мөгезле бер кечерәк киек); 2) матур күзле хатын-кыз
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ahu
is. [fars.]
1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.
2. Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni hərdəm sorar, ahu gəlir. Xətayi. Möcüz budur ki, ahuya ahu şikardır. Heyran xanım. • Gözləri ahu, gözü ahu – bax. ahugözlü. Ey badi-səba, qasidi-müşkinə rəvayih; Ol gözləri ahuyə qıl əhvalımı vazih. S.Ə.Şirvani. Ahu gözlər – iri və gözəl gözlər. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı. Çəmənzəminli. ‣ Ahuyi-xəta, ahuyi-xətən – əsil mənası “Çin ahusu” olub, klassik şeirdə gözələ, dilbərə işarədir. Bənzər ahuyi-xətayə rəvişin filcümlə; Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Q.Zakir. Çin əhlinə göstər gözəlim, çeşmlə zülfün; Fəxr etməsin ahuyi-xətən, müşki-tərim var. Ə.Vahid.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
ahu
f. Antilop.