istehsal
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
istehsal
is. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. İstehsalın ictimai xarakteri. • İstehsal etmək – hasil etmək, hazırlamaq. İstehsal qüvvələri – maddi nemətlərin istehsalına xidmət edən alətlər, istehsal alətlərini hərəkətə gətirən və maddi nemətlərin istehsalını həyata keçirən insanlar. İstehsal müəssisəsi – zavod, fabrik, karxana. Mən də bir ağacın kölgəsində oturub, o böyük istehsal müəssisəsinə baxır, onun keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. İstehsal münasibətləri – maddi nemətlərin ictimai istehsalı prosesində insanlar arasında əmələ gələn münasibət və əlaqələr. İstehsal vasitələri – istehsal prosesində işlədilən, onun maddi əsasını təşkil edən vasitələr. [Almaz:] ..Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır. C.Cabbarlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
istehsal
imalat, istihsal, üretim, yapım