turklehceleri.org

həkk

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həkk

is. [ər.] Hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma. • Həkk etmək – həmin üsulla bir şeyin üzərində naxış açmaq, yazı yazmaq. [Cahandar ağa] elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. İ.Şıxlı. Həkk olunmaq – 1) həmin üsulla naxış açılmaq, yazı yazılmaq; 2) məc. Həmişəlik qalmaq, unudulmamaq (zehnində, qəlbində və s. sözlərlə). Elə bil qızın bütün xüsusiyyəti, boybuxunu Şahmarın qəlbində həkk olunmuşdu. B.Bayramov. Qayalara həkk olmayan söz itər; Bu bahardan o bahara iz itər. M.Araz.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

həkk

oyma, naxış
{oyma, nakış}


Axir izdelgen sözler: