zövq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zövq
is. [ər.]
1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə. Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. A.Səhhət. Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət. B.Vahabzadə. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu. İ.Hüseynov. // Şəhvani ləzzət. [Sevil:] Sən [Balaş] hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. C.Cabbarlı. • Zövq almaq – ləzzət almaq, həzz almaq, xoşlanmaq, nəşələnmək. Bu oxumaqdan heç bir zövq almadım. – [Solmaz:] Mən istərdim ki, mənim gözəlliyimdən bütün dünya zövq alsın. C.Cabbarlı. Zərrə zövq almıram dəbdəbələrdən; Ömrü mahnılarla vururam başa. S.Rüstəm. Güzgü də zövq alır gözəlliyindən; Səni güzgüyə də qısqanıram mən. B.Vahabzadə. Zövq çəkmək – bax. zövq almaq. Zövq əhli – kefcil adam haqqında. Bülbül istər gülü, zövq əhli sevər cananı; Hər bir aşiq sevir öz sevgili cananəsini. Vahid. Zövq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək. Bu musiqi bizə böyük zövq verdi. – Zövq verməz dəxi, eşq əhlinə şirin dəhənin. S.Ə.Şirvani. ..Bu gün [Ruxsarənin] öz ayağı ilə gəlməsi Sübhanverdizadəyə hədsiz bir zövq verdi. S.Rəhimov. Zövqə batmaq – bax. zövq almaq. Zövqə dalmaq – zövqə qapılmaq, zövq içində olmaq. Şimdi Sənan yatıb da röyadə; Zövqə dalmış behişti-əladə. H.Cavid. Zövqə gəlmək – zövqlənmək əhvalı yaxşılaşmaq, kefi durulmaq. Zövqə yatmaq (yaratmaq) – xoşa gəlmək, bəyənilmək, estetik tələblərə cavab vermək. Zövqünü oxşamaq – bax. zövq vermək. Təbiət öz gözəlliyi və təravəti ilə insanlara təsir edir, zövqünü oxşayır.
2. Gözəllik, hüsn. Mirzağa deyirdi: – Sən bilməyirsən, Cəmilə! Xəlvət bir guşəyə çəkilib ikili yaşamağın başqa bir zövqü vardır. S.Hüseyn. Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var. M.Dilbazi.
3. Gözəlliyi, incəliyi hiss etmə, duyma, seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu. Zövq ilə geyinmək. Onun incə zövqü var. – Biləks, onda “Fərhad və Şirin” dastanına qiymət qoya biləcək qədər bədii zövq yoxdur. M.S.Ordubadi. [Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir. H.Cavid. • Zövq ilə – incəliklə, incə duyğu ilə, estetik tələblərə uyğun surətdə. Burada hər şey zövq ilə sahman olunmuşdu. H.Seyidbəyli.
4. Meyil, həvəs, istək. Qulluq zamanı öz fitri zövqümə görə, mütaliə və təhsilimdən qalmadım. M.F.Axundzadə. Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq, özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. M.S.Ordubadi.
5. Əyləncə, şadlıq, kef, səfa. Zövq içində yaşamaq. O, bütün zövqümüzü pozdu. – Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət. Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edəriz. H.Cavid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zövq
I. ləzzət, həzz, nəş’ə
{tat, haz, neşe}
II. gözəllik, hüsn
{güzellik, hüsün}
III. duyma
{duyma}
IV. meyl, həvəs, istək
{meyil, heves, istek}
V. əyləncə, şadlıq, kef, səfa
{eğlence, mutluluk, keyif, sefa}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zövq
zevk