turklehceleri.org

yazmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yazmaq

f.
1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. – ..Bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. C.Məmmədquluzadə. Bütün kənd Novruza müştərək kağız yazıb göndərdi. S.Rəhman. // Yazı işi ilə məşğul olmaq. Ər oxurmuş da, yazarmış da, anam! Ər deyil, mühlik azarmış da, anam! M.Ə.Sabir. // Hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. Uşaq artıq adını yazır. // Yazı üçün yaramaq. Karandaş yaxşı yazır. Qələm pis yazır.
2. Bir şeyin yazılı mətnini hazırlamaq. Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq.
3. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır. – Oxucularımızdan təvəqqe edirəm ki, müxbirimizin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Rza bəy:] Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram. Ü.Hacıbəyov. // Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar. – [Mərcan bəy:] Ay kişi, kağızda da yazıbdır ki, sabah altıda gələcəyəm. Ü.Hacıbəyov.
4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq. – Bu qədri şeirdə olmaz nəmək, vəli; Seyyid, ləbin havası ilə yazdı bir kitabi-ləziz. S.Ə.Şirvani. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun. // Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır.
5. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək. // Siyahıya almaq, qeyd etmək, qeydə almaq. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə.
6. dan. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. Cinayətkarın əmlakını yazdılar.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yazmaq

I. cızmaq
{çizmek}

II. bildirmək, söylemək
{bildirmek, söylemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yazmaq

yazmak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

yazmaq

I Yazmak.
II Yaymak, sermek.


Son arananlar: