turklehceleri.org

satın

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

satın

satın almaq – 1) pulla almaq. Taxılı çəki ilə satın almaq. – Əlbəttə, müftə mal harada idi, pul ilə satın alaq. M.F.Axundzadə; 2) məc. pulla, rüşvətlə əldə etmək, öz tərəfinə çəkmək, öz iradəsinə tabe etmək. [Gültəkin Dövlət bəyə:] Siz məni pulla satın almaq istəyirsiniz? C.Cabbarlı. [Restoran şefi] skripkaçıya böyük ehtiyacı olduğundan [Məzlumu] komendantdan satın aldı. S.Vəliyev; 3) bir sıra isimlərdən sonra gələrək müxtəlif frazeoloji ifadələr düzəldilir; məs.: cənnəti satın almaq, davanı satın almaq. ‣ Elə bil satın alıb – bir şeyi həddindən artıq əzizləyən, qoruyan, ondan əl çəkmək istəməyən, onu özününkü hesab edən adam haqqında.


Son arananlar: