turklehceleri.org

qadağan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qadağan

is.
1. İcazə verilməyən, müsaidə edilməyən şey; adətən xəbər kimi işlənir: qadağandır – qanunən icazə verilmir, yasaqdır. Kənar adamların daxil olması qadağandır. Zalda papiros çəkmək qadağandır. – Bir kimsə soruşmur, bu nə fəryadü fəğandır? Ceyranı atıb vurma, yasaqdır, qadağandır! Ə.Vahid.
2. Adətən köməkçi feillərlə: qadağan etmək – edilməsinə icazə verməmək, qəti surətdə yol verməmək, yasaq etmək. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. Ə.Haqverdiyev. • Qadağan edilmək (olunmaq) – qanunən icazə verilməmək, yol verilməmək, yasaq edilmək. Xiyabani, doktor Ərani və başqa bu kimi mütərəqqi xadimlərin yazıları qadağan olunmuş əsərlər cərgəsində idi. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qadağan

yasaq
{yasak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qadağan

çekli, kadağan, yasak


Son arananlar: