turklehceleri.org

heyrət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

heyrət

1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb. Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı. Mir Cəlal. [Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə. • Heyrət almaq (götürmək, aparmaq) – çaşıbqalmaq, heyrət etmək. [Qoşunəli:] Baba, necə fikir dəryasında üzməyim, məni heyrət aparıbdır.. Ə.Haqverdiyev. Kərəmi heyrət alır; Kərəm xəyala dalır. S.Vurğun. Heyrət etmək – təəccüblənmək, heyrətlənmək, təəccüb etmək. [Qadın Xəlilə:] Siz belə ailə dostu olduğunuz halda indiyə qədər subay qaldığınıza heyrət edirəm.. Çəmənzəminli. Heyrət içində (içərisində) – təəccüblənmiş halda, təəccüb içərisində, təəccüblənərək. Qızılgül kimidir isti yanaqlar; Heyrət içindədir gələn qonaqlar.. S.Vurğun. Ətrafa baxdıqca [Aydının] qara gözləri heyrət içərisində yanırdı. H.Seyidbəyli. Heyrətdə qoymaq – 1) bax. heyrətə salmaq; 2) valeh etmək, heyran etmək. Heyrətdə qoyur səni; Çılpaq qadın vücudunun kamil cizgiləri. R.Rza. Heyrətə gəlmək (düşmək, dalmaq) – bax. heyrət etmək. Bu iki həmşəhərlilər bir-birinə rast gəldikdə heyrətə dalıb qaldılar. Çəmənzəminli. Heyrətə düşmüş (f.sif.) bağban, saçları çiyinlərindən üzüaşağı tökülən Həcəri gördü və heyrətlə süstləşib dayandı. S.Rəhimov. Heyrətə salmaq (gətirmək) – təəccübləndirmək, heyrətləndirmək, təəccübə salmaq. Oxu! Qüvvət gəlsin şerə, sənətə; Könlümün quşunu gətir heyrətə. M.Müşfiq.
2. Heyrətlə şəklində zərf – təəccüblə, heyrət edərək, heyranlıqla. Əlisəfa gözlərini heyrətlə döyməyə başladı. S.Hüseyn. [Kərimov] heyrətlə Məmmədova baxdı. H.Seyidbəyli.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

heyrət

hayret


Son arananlar: