fərəh
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
fərəh
[ər.]
1. is. Sevinc, şadlıq, könül açıqlığı. Analıq fərəhi. Fərəhdən ağlamaq. – İnsanın təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; ağlamaq əlaməti-qəmdir, gülmək əlaməti fərəhdir. M.F.Axundzadə. Etibar yeridikcə; Fərəhindən az qala; Uçacaqdı bu saat. İ.Səfərli.
2. Fərəhlə şəklində zərf – sevinərək, şadlanaraq, fərəhlənərək; sevincək, şad, sevinə-sevinə. Fərəhlə demək. Fərəhlə oğluna baxmaq. – Analar fərəhlə baxırlar sənə; Körpə balaların gülür gözləri. N.Rəfibəyli. O qəlbən keçmişdir burdan yüz kərə; Baxmış iftixarla, baxmış fərəhlə. N.Xəzri.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
fərəh
sevinc, şadlıq, nəş’ə, zövq
{sevinç, mutluluk, neşe, zevk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
fərəh
ferah