turklehceleri.org

QURĞU

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qurğu

I. is. Bir yerdə qurulmuş mexanizm, maşın, cihazlar sistemi və s. texniki avadanlıq. Orda keşik çəkən bütün fəhlələr; Gözü tək qoruyur bu qurğuları. S.Vurğun. // Hər hansı bir işi, əməliyyatı icra etmək üçün vasitə ola bilən alət, cihaz, tərtibat, vəsait. İdman qurğuları.

II. is. dan.
1. Büsat, təntənə, dəsgah. Çərxin gərdişindən bimürvət fələk; Sitəmindən necə canlar itibdir; zülmünü aşikar qıldın nümayan; Qurğular pozulub, sanlar itibdir. Aşıq Ələsgər.
2. Hiylə, kələk, dolab, əl altından hazırlanan tələ. Sübhanverdizadə tələdən sağ-salamat çıxan Dəmirov üçün yenə də ayrı-ayrı qurğular düşünürdü. S.Rəhimov. • Qurğu qurmaq – birinə qarşı gizlindən tələ hazırlamaq, hiylə düzəltmək, biclik işlətmək. İşdi .. birdən tutulsam, onda bir qurğu qurub Koroğlunu Bayazidə göndərəcəyəm. “Koroğlu”. [Hacı Əli:] Bax, bizi yoxlamaq üçün belə qurğular qurulur. P.Makulu.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qurğu

tertibat


Son arananlar: