turklehceleri.org

təlqin

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təlqin

is. [ər.]
1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə. Tahir .. yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu. M.Hüseyn. • Təlqin etmək – bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək. Çox həqiqət mənə təlqin eləyir vicdanım; Yoxdur ondan birini söyləməyə imkanım. A.Səhhət. Bu dayə pakürəkli, saf bir qadındı və bu saflığı ilə də Səməd bəyə düzlük və doğruluq təlqin eləmişdi. Çəmənzəminli.
2. din. Müsəlmanlarda: meyit dəfn olunandan sonra molla tərəfindən məzar başında oxunan dua.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təlqin

telkin


Axir izdelgen sözler: