turklehceleri.org

Uca

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

uca

sif.
1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. – Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. // Ucaboylu, boylubuxunlu. Uca oğlan. Uca kişi. – Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adam. C.Məmmədquluzadə. // Çox hündürdə, çox yüksəkdə yerləşmiş. Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi. // is. Uca yer. Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “Koroğlu”.
2. məc. Yüksək, ali, ülvi. ..Min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsileyitəbinə hərəkət versə, daha [gözəl] olmazdımı? F.Köçərli. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq.
3. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. Günorta idi. Müəzzin uca səslə azan verirdi. Çəmənzəminli. [Böyükxanım] axırda uca səslə ağlayaraq... durub genə əlini Rzaquluxanın çiyninə qoyub deyirdi. M.S.Ordubadi. ‣ Özünü uca tutmaq – təkəbbür satmaq, başqalarına xor baxmaq, özünü hamıdan yüksək saymaq. [Sərdar Rəşid] özünü çox uca tutur. M.S.Ordubadi. Uca tutmaq – yüksək tutmaq, yüksəklərə qaldırmaq, şərəfləndirmək. [Hidayət Mürşidə:] İnsanlıq ləyaqətini uca tutduğunuza görə sizə təşəkkür edirəm. B.Bayramov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

uca

I. hündür, yüksək, qəlbi
{ulu, yüksek, ulvi}

II. gur, bərk
{gür, sımsıkı}

III. hörmətli, möhtərem
{saygın, muhterem}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

uca

yüce, yüksek


Axir izdelgen sözler: