turklehceleri.org

əməlli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əməlli

sif. və zərf Yaxşı, layiqli, ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək. – [Mozalanbəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev. [Əcəb xalanın] nə gözü yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi. S.Hüseyn. // Qaneedici, təminedici, məmnunedici, məqbul. Ondan əməlli bir cavab ala bilmədik. – [Səftərqulu:] Yoxsa yenə içmisən, a gedə? Əməlli danış, elə iş ola bilməz! N.Vəzirov. [Yusif:] Və bir elə ittifaq düşməyib ki, mən [Şamdan bəyi] əməlli tanıyam. N.Nərimanov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əməlli

layiqli, ləyaqətli
{layık, liyakatli}


Son arananlar: