turklehceleri.org

şilə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şilə

I. is. Qatı düyü şorbası. Nə yemisən turşulu şilə. (Ata. sözü). Elədir, plov gərək abırlı olsun. Yoxsa keçəl plovdan nə çıxar? Onda adına şilə deyərlər. S.Rəhimov.

II. is. Qırmızırəngli sadə pambıq parça; bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. Çayçı dükanında divarın dibində 50 santimetr hündürlüyündə, 75 santimetr enliyində dövrə skamya olardı. Onun qabağı qırmızı şilə ilə örtülü olardı. H.Sarabski. Veys özü izah etdi: – Bu qırmızı şiləni Həmzənin dükanından götürmüşəm. Ə.Əbülhəsən.


Son arananlar: