turklehceleri.org

üzmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

üzmək

I. f.
1. Suyun üzündə və ya altında hərəkət etmək. Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. M.S.Ordubadi. Sarışın bir rus gənci yeddi-səkkiz yaşlı oğluna üzmək öyrədirdi. M.Hüseyn. // Suda batmadan hərəkət etməyi bacarmaq. Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür. // Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında). Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. S.Vurğun. Adamlar yerə atıldılar və sal yenə də xırıltılı mahnısını söyləyə-söyləyə sağ sahilə üzməyə başladı. Ə.Sadıq. // Gəmidə, qayıqda və s.-də getmək. Teploxodda Volqaboyu ilə üzmək. // Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). Xəzəl suyun üzəri ilə üzür.
2. məc. Havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi. – ..Havada üzən yüngül şeylərin və havanın özünün də ağırlığı vardır. H.Zərdabi. // məc. Ay, Günəş haqqında. ..Üstdəki Ay da göy dənizdə olan kimi axıb üzürdü. S.Rəhimov. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn. // məc. Hərəkət edər kimi nəzərə gəlmək. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. M.Hüseyn. Qəhrəmanlar kəndi işıq içində üzdüyü vaxt Gülyanaq yuxudan qalxıb, yataq otağının kəllə pəncərəsini açdı. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Xəyalımız üzəydi sevda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. B.Vahabzadə.

II. f.
1. Dərmək, qoparmaq, qırpmaq. Sitarə .. durub, həyətə gedirdi və hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Çəmənzəminli. [Cahan:] Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. Ü.Hacıbəyov.
2. Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü. – [Mirpaşa:] Yaxşı ki balta ayağını tamam üzməyib. Z.Xəlil.
3. Ayırmaq, qoparmaq. [Dərviş:] Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. A.Divanbəyoğlu. Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. Qızı qucaqlayıb ayaqlarını yerdən üzdü. M.İbrahimov.
4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. C.Məmmədquluzadə.

III. f.
1. Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. Nə söyləyim, gəlməz dilə; Məni üzən fırtınalar. H.Cavid. Tamaşanın dərdi Minayəni üzürdü. B.Bayramov.
2. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: qəlbini üzmək, canını üzmək, əlini üzmək və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

üzmək

I. dərmək, qırmaq, kəsmək, yolmaq, qoparmaq(çiçəyi, meyvəni)
{dermek, kırmak, kesmek, yolmak, koparmak (çiçeği, meyveyi)}

II. kəsmək, qırmaq (əlaqəni)
{kesmek, kırmak (alakayı)}

III. qırmaq, yırtmaq, köhnəltmək
{kırmak, yırtmak, eskitmek}

IV. incitmək
{incitmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

üzmək

üzmek, yüzmek


Son arananlar: