turklehceleri.org

zəhmli

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zəhmli

sif.
1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən. // Çox böyük, çox yekə, görünüşcə əzəmətli. [Nemət] sökük və zəhmli darvazaya yaxınlaşdıqda, orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə, yeni bir elana təsadüf etdi. Çəmənzəminli.
2. Çox ağır, təmkinli, çox ciddi, heybətli. Aslan müəllim zəhmli bir adam idi. İ.Əfəndiyev. // Qaşqabaqlı, acıqlı, eyni zamanda nüfuzedici. Teyyibə zəhmli baxışları ilə nə isə daima qorxu təlqin edən bir qadındır. M.Hüseyn. Sultan zəhmli nəzərlə başdanayağa Qoşqarı süzdü. İ.Hüseynov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zəhmli

I. ciddi, qorxulu, dəhşətli, təmkinli
{ciddi, korkunç, ürkünç, vakarlı}

II. böyük, yekə, əzəmətli, heybətli
{büyük, iri, azametli, heybetli}

III. qaşqabaqlı
{suratsız}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

zəhmli

azametli, ürpertici


Son arananlar: